adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2023 11:40
706
MARAQLI

"Pislik, qəlbində Allah sevgisi olmayan insandır"

Professor Universitetdə tələbələrə belə bir sual verir: "Dünyada nə varsa Allah yaradıb?"

Tələbələrdən biri cəsarətlə: " Bəli, Allah yaradıb?

Professor: "Əgər Allah hər şeyi yaradıbsa, deməli mövcud olan pisliyi də Allah yaradıb. Bu prinsiplə yanaşsaq, deməli hərkətlərimiz bizi müəyyən edir. Allah özü pusdir"... Auditoriyaya sükut çökür...

Professor özündən razı halda davam edir: 

- Elm təsdiq edir ki, dünyanı araşdırmaq, hiss etmək üçün insanlarda 5 hissiyat üzvü var. İndi isə oğlum, de görüm sən Allahı görmüsən, eşitmisən, ona əlin dəyib, dadın bilirsən, onu iyləmisən?

Tələbə: Yox əfəndim.

Professor: Deməli, Allaha inam - sadəcə mifdir.

Daha bir tələbə əlini qadırır:

- Professor, sizə bir sual verə bilərəmmi?

- Əlbətdə - deyə professor bildirir.

Tələbə ayağa qalxır və sual verir:

- Professor, soyuq mövcuddurmu?

- Bu nə sualdı? Təbii ki, mövcuddur. Sənə heç vaxt soyuq olmayıb?

Tələbələr gənc oğlanın sualına gülürlər. O isə:

- Əslində soyuq mövcud deyil əfəndim. Fizika qanunlarına görə, biz soyuq bildiyimiz, istinin olmamasıdır. İnsan və əşyaların enerjiyə malik olub-olmadığını və ya ötürücülüyünü öyrənmək üçün yoxlanıla bilər.

Mütləq sıfır ( 460 dərəcə, Fahrenhert nəzəriyyəsi) istiliyin olmamasıdır. Bütün maddələr daxil olur və bu tempratura reaksiya verə bilmir. Soyuqluq yoxdur. Biz bu sözü istilik olmadıqda necə hiss etmək üçün yaratdıq.

Tələbə davam edir:

- Professor, qaranlıq mövcudurmu?

- Əlbətdə mövcuddur. Qaranlıq olmasa gecə olmaz.

- Siz yenədə səhv edirsiniz. Qaranlıq əslində işığın olmamasıdır. Biz işığı öyrənə bilərik, qaranlığı isə yox. Biz Nyutonun prizmasından istifadə edərək, ağ işığı müxtəlif rənglərdə, ayrılıqda hər bir işıq dalğasının uzunluğunu ölçə bilərik. Siz qaranlığın uzunluğunu ölçə bilməzsiniz.Adi işıq şüası qaranlıq aləminə daxil olub onu işıqlandıra bilər. Siz qaranlığın həcmini ölçə bilərsinizmi? İnsanlar qaranlıq ifadəsindən, işıq olmadığı üçün istifadə edirlər.

Gənc oğlan professordan soruşur:

- Professor, pislik mövcuddurmu?

- Əbətdə, mən dedim axı. İnsanlar arasında vəhşilik, çoxsaylı cinayətlər və bütün dünyada baş verən qəddarlıqlar. Bütün bular pisliyin mövcudluğundan başqa bir şey deyil.

Tələbə buna da cavab verir:

- Pislik mövcud deyil, Əfəndim, yaxud ən azından onun özü üçün mövcud deyil. Pislik, sadəcə Allahın orada olmamasıdır. Bu, qaranlığın və soyuğun olmaması sözlərinin yaranmasına bənzəyir, Allahın olmadığı yerdə insanların düzəltdiyi sözə. Pislik, mövcud olan işıq və istilik deyil, pislik nə inamdır, nə də sevgidir. Pislik qəlbində Allah sevgisi olmayan insandır. Bu istilik olmayan yerdə soyuğun olması və ya işığın olmadığı yerdə qaranlığın olması kimi bir şeydir.

İndi isə əfəndim, deyin görək ölüm mövcuddurmu?

Professor:

- Əlbətdə. Həyat var və onun əks tərəfi ölüm var.

Tələbə:

- Siz yenə də səhvsiniz professor. Ölüm- həyatın əks tərəfidir, bu həyatın olmamasıdır. Sizin elmi teoriyanızda ciddi çatlar əmələ gəlib.

Professor:

-Siz bununla nə demək istəyirsuniz cavan oğlan?

Tələbə:

- Professor, siz tələbələrə biz insanların meymundan əmələ gəldiyini öyrədursiniz. Siz bu evalyusiyanı öz gözlərinizlə görmüsünüzmü?

Professor tələbənin söhbəti nəyə gətirəcəyini anlayır və gülümsəyərək başını yellədir.

Tələbə: Bu prossesi heç kim müşahidə etməyib, deməli siz alim deyil, din xadimisiniz.

( autoriyanı gülüş səsləri bürüyür)

Tələbə üzünü auditoriyaya tutaraq:

- Bu sinifdə kimsə professorun beynini görüb? Onu eşidib, iyləyib, ona toxunub?

( tələbələr gülməkdə davam edirlər)

Tələbə: Deməli görməmisiniz.Onda elmə əsaslnaraq bu nəticəyə gələ bilərikmi ki, professorun beyni yoxdur. Professor, sizə böyük hörmətimə rəğmən, bizə leksiyalarda dediklərinizə inana bilərikmi?

(auditoriyaya sükut çökür)

Professor: Hesab edirəm ki, sadəcə olaraq mənə inanmalısınız.

Tələbə: Tamamilə doğrudur! Allahla insanlar arasında bir əlaqə var - bu Allaha inamdır!

Bu tələbənin adı - Albert Enşteyndir.

 

 

Rüscadan tərcümə etdi:

Rüstəm Hacıyev