adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2019 15:56
7743
GÜNDƏM

"Peyğəmbərin 14 xanımı olub" - İlahiyyatçı Elşən Sultanov

Yazar Aqşin Yenisey Adalet.az-ın boşanmalarlabağlı keçirdiyi sorğuda "Peyğəmbər oğulluğuna dedi ki, arvadını boşa”fikirlərini səsləndirib. İlahiyyatçı Elşən Sultanov ilə əlaqə saxlayıbbu fikrin doğru olub-olmadğına aydınlıq gətirdik.

- Ümumiyyətləİslam dini boşanmaya müsbət yanaşan bir din deyil. İslam dini son ana kimi hərnə bahasına olursa olsun, ailəni qoruyub saxlamağın tərəfdarıdır. O hadisələr ərəbcəmiyyətində baş verən hadisələrdir. Zeyddən boşanan Zeynəb xanım sonradan peyğəmbərlənigahlanıb. O, peyğəmbərin həyat yoldaşı olub. "Peyğəmbərin həyat yoldaşları”sözü doğru deyil. Onlar peyğəmbərin himayəsi altına keçmiş qadınlardır. Peyğəmbərinevləndiyi qadınlar ona sığınan qadınlardır. Zeynəb də Zeyddən boşanandan sonrapeyğəmbərə sığınıb, o da onu qadını kimi qəbul edib. Zeyd isə həm peyğəmbərinoğulluğudur, həm də Yəməndən gələn kölədir. O, əvvəlcə peyğəmbərimizin köləsiolub. Sonra peyğəmbəri onu azad edir və varis elan edir. Zeyd bundan qabaq daevlilik həyatı yaşayıb və boşanıb. Qaldı ki, əsas məsələyə, peyğəmbər sonacançalışıb ki, Zeydlə Zeynəbin ailəsi dağılmasın. İslamda boşanma yaxşıqarşılanmır. Ailə artıq dağılmağa doğru gedərsə və onun qarşısı heç cür alınabilmirsə, əlac yoxdur. Peyğəmbərə kimi Romada da, Assuriyada da qadınlar qulkimi alınıb satılırdı. Peyğənmbər, İslam dini qadını azad buraxdı.

- Bəs üç dəfə "boş ol” deməklə boşanan ailələr?

- Bunlar qəbilələrinuydurmasıdır. İslam dini bizə gələnə kimi böyük bir mərhələ keçib. O köhnə ənənəsistemi ilə oturub-duran qəbilələr peyğəmbərin modern fikirlərini qəbul etmədilər.Peyğəmbər və ondan sonrakı dörd xəlifə öləndən sonra Əməvilərin, xüsusilə dəAbbasilərin dövründə qadınlara olan hörmətsizlik yenidən baş qaldırdı. İndininözündə də ərəblər qadına qul kimi baxırlar. Hələ təzə-təzə qadına maşın sürməyəicazə veriblər. Zeydlə Zeynəbin boşanması qarşılıqlı razılaşma nəticəsində həyatakeçib və peyğəmbərimizin himayəsi altına keçib.

- Peyğəmbərin neçə həyat yoldaşı olub?

Əslində peyğəmbərimizinon dördə yaxın xanımı olub. Cəmi altı-yeddi övladı olub. Əgər peyğəmbərinseksual məqsədləri olsaydı, gərək otuz-qırx övladı olaydı. Peyğəmbər onlarınhamısıyla cinsi əlaqədə olmayıb. Onlar sadəcə peyğəmbərə sığınıblar. Siz fikirləşin,Əfqanıstanda qadın olmaq nə deməkdir, Almaniya da nə.

Yenə deyirəm,İslam dini ailənin son ana kimi dağılmamağının tərəfdarı olub. Hətta deyir ki,yataqlarınızı ayırın, bir müddət ayrı yaşıyın. Ola bilər ki, müəyyən psixolojitravmalar yaşamısınız. Qurani-Kərim ailən son ana kimi qoruyub saxlamağaçalışır.