Peyğəmbərə “cahil” deyən müğənniyə dəstək olanlar və qəzəblənənlər...
Türkiyənin məşhur müğənnisi Sezen Aksunun mahnılarından birində "O cahil Adəm və Həvvaya salam olsun" sözlərini işlətməsi və böyük əks-səda doğurması haqqında məlumat vermişdik.
Adalet.az Habertürk-ə istinadən bildirir ki,məşhurların böyük bir hissəsi Aksuya dəstək olub. Onların içərisində rəsmi şəxslərdə olub və onlardan biri də İstanbul Böyükçehir Bələdiyyə Sədri Əkrəm İmamoğlu olub. O, da dəstək məqsədi ilə bu sözləri paylaşıb: "Sənətçi danışacaq, sənətçilər bu ölkənin daxili səsidir. Heç kim gündəmi dəyişmək üçün bu səsləri geri çevirə bilməz".
MHP lideri Dövlət Baxçalı isə Aksuyu hədəf alaraq belə bir fikir bildirdi: “Yazdığı çılğın mahnının sözləri arasında Hz.Adəm və Həvvanı cahil adlandıran məsuliyyətsiz müğənninin bədbəxtliyi və cəhaləti ortadadır. Sərçəsən get sərçəliyini elə, quzğunluğa həvəs göstərmə”.
Qeyd edək ki, gündəmdə olan Sezen Aksu üçün Twitter-də paylaşım edən Aleyna Tilki, Pınar Dəniz,
Sıla, Aynur Aydın, İlyas Salman kimi məşhurlar dəstəklərini göstərərək paylaşımlar ediblər. Onlar müğənniyə “ Sən tək deyilsən” mesajını veriblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Sentyabr 2026 20:00
100 il əvvələ qayıdırıq
18 Sentyabr 2026 17:33
"Sənin kimi sənətçi ilə tanış olmaq mənə şərəfdir" - Alim Qasımovdan Üzeyir Mehdizadəyə
18 Sentyabr 2026 13:17
"And içmişəm, hamısının adını sadalayacağam"
18 Sentyabr 2026 10:36


Bakı -°C

