adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2023 11:40
494
DÜNYA
A- A+

Pentaqon məxvi sənədlərini qoruya bilmir

The Wall Street Journal yazır ki, Pentaqonun mühüm analitik sənədlərinin yayılması çox güman ki, hökumətin məxvi şəbəkəsinə qoşulan dövlət tipoqrafiyalarından birindən sızdırılıb. İstintaq hələ şübhəliləri müəyyən etməyib.

Bildirilir ki, 60 -dan çox sənədlərin əksəriyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin operativ mərkəzindən və Pentaqonun baş qərərgahlar birləşməsindən çıxır. Bu sənədlərlə tanış olanların sayına məhdudiyyətlər qoyulub. Onların elektron sürətləri uçot sistemində əlavə təhlükəsizlik tədbirləri ilə qorunur.

Washinton Post qəzeti bəyan edib ki, ABŞ-ın məxvi sənədlərinin sızdırılmasının arxasında duran şəxs, bu sənədləri əvvəllər işlədiyi hərbi bazada aşkar edib. Onun sözlərinə görə, o, bu sənədləri hələ ötən il yayımlayıb, lakin həmin vaxt kimsə buna əhəmiyyət verməyib.

Məxvi sənədlərin sızması faktl ilk dəfə 7 apreldə aşkarlanıb.Bu sənədlərdə NATO-nun Ukrayna Hərbi Qüvvələrinin gücləndirilməsi barədə məlumatlar yer alır.

Daha sonra Pentaqonun ortaya çıxan yeni sənədləri yayılmağa başlayıb. Bu sənədlərdə isə, Amerikanın Yaxın Şərqdə və Çində milli təhlükəsizliyinin qorunması ilə bağlı məlumatlar yer alıb.

Rüstəm Hacıyev