adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 18:13
68
DÜNYA
A- A+

Pentaqon İranda qızlar məktəbinə endirilən zərbəni araşdırır

Pentaqon İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən və ağır itkilərə səbəb olan hava zərbəsi ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

Adalet.az “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pit Heqset brifinq zamanı məlumat verib.

Qurum rəsmisi ABŞ ordusunun mülki hədəfləri qəsdən vurmadığını söyləyərək, hadisənin təfərrüatlarının dəqiqləşdirildiyini bildirib.

Qeyd edək ki, martın 3-də ABŞ dövlət katibi Marko Rubio da məsələyə münasibət bildirərək, hərbçilərin təhsil müəssisəsini hədəf alacağına şübhə ilə yanaşdığını, lakin sualların cavablandırılması üçün Pentaqonla sıx əməkdaşlıq edəcəyini qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbə nəticəsində 168 şagirdlə yanaşı, 14 məktəb işçisi də həlak olub.