Pentaqon Ərdoğan-Putin razılaşmasına qarşı çıxdı
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan "S-400" kompleksi almasını tənqid edib. Pentaqon bəyan edib ki, NATO standartlarına uyğun raket-əleyhinə müdafiə sistemləri Rusiyanın "S-400" zenit-raket komplekslərindən daha çox Türkiyənin maraqlarına cavab verir.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
"NATO standartlarına uyğun raket-əleyhinə müdafiə sistemləri regionda təhdidlərdən qorunmaq üçün Türkiyə üçün ən yaxşı variantlardan biridir. ABŞ Türkiyə tərəfindən alınan "Patriot” sistemlərinin imkan daxilində tez bir zamanda bu ölkəyə verilməsi öhdəliyinə sadiqdir”, - deyə Pentaqonun rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanıb. Paytaxt Ankarada imzalanan sazişin dəyəri 2,5 milyard dollardır.
Sazişə əsasən, Rusiya kredit vasitəsilə Türkiyəyə 4 ədəd S-400 zenit-raket kompleksi satacaq. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39