adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 10:19
69
GÜNDƏM
A- A+

Pensiya alanlarla bağlı yeni xəbər

Bu ilin iyul ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin sayı açıqlanıb.

Adalet.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, həmin dövrdə bu kateqoriyadan olan pensiyaçıların sayı 151 607 nəfər təşkil edib.

Bildirilib ki, onların 115 615 nəfəri yaşa görə, 13 141 nəfəri əlilliyə görə, 22 851 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.