Pənah Hüseyn Firudin Cəlilovu “topa tutdu”
Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn professor Firudin Cəlilovun test üsulunun ölkədə tətbiqinin banisi olması barədə dediyi sözlərə görə sərt tənqid edib.
Azpost.infobildirir ki, sabiq Baş nazir bu müsahibəni "yaramaz” adlandırıb və F. Cəlilovu yalan danışmaqda ittiham edib.
Eks- baş nazir deyib ki, F. Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı: "Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb.Əslində bu dəqiq deyil.Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bu bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi.Müəyyən narazılıqları vardı. Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki,güya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki,onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!
Mən Firudin müəlimə hörmətlə yanaşmışam.Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman -zaman demişəm ki,bu doğru olmayan söhbətləri qurtar.Hər kəs olduğu və durduğu yerdə böyükdür.Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.