Paytaxtın istilik sistemi vaxtından tez kəsilə bilər
"Havaların isti keçməsi ilə əlaqədar müraciətlər daxil olarsa, vaxtından əvvəl istilik mövsümünün bitməsi məsələsinə baxıla bilər”
Bu barədə Adalet.az-a "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, istilik mövsümü müqavilələrdə 5 ay nəzərdə tutulub: "Əgər təşkilatlar müraciət etsələr ki, havaların istiləşməsi ilə əlaqədar vaxtından əvvəl istilik mövsümü bitsin, buna ayrıca baxılacaq”.
R.Əliyev, həmçinin qeyd edib ki, "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” ASC ilə ciddi borc problemi yoxdur.
""Azəriqaz”a borcların qaytarılması ilə bağlı hər hansı problem yoxdur. Ciddi fikir ayrılığı, konfilikt mövcud deyil. Bu məsələlər hökümət tərəfindən tənzimlənir”.
Qeyd edək ki, noyabr ayının 15-də başlayan istilik mövsümü Bakı şəhərində aprel ayının 15-də, dağlıq ərazilərdə isə aprelin 30-da sona çatır.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27