Paytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın Yasamal, Suraxanı, Xəzər və Binəqədi rayonları ərazisində aparılacaq təmir-bərpa, həmçinin quraşdırma işləri ilə əlaqədar 17.07.2024-cü il saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
“Azəriqaz”dan Adalet.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Ə.Ələkbərov, A.Sultanova, M.Rahim, K.Kazımzadə, S.Dağlı, İ.Qurtqaşınlı, Ə.Xanbabayev, H.Soltanov, L.İmanov, B.Vahabzadə küçələrində və Hüseyn Cavid prospekti), Suraxanı rayonunun (A.Rzayev, Ş.Məhərrəmov, X.Ələkbərov küçələrində və Mədən əraziləri), Xəzər rayonunun (Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi) və Binəqədi rayonunun (DSK yolu, Binəqədi qəsəbəsi 1-ci Mədən, ATV və 5056/68 məhəllə, Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07


Bakı -°C

