adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyun 2018 11:27
11077
MƏMLƏKƏT

Paytaxtın 5 mikrorayonunda su olmayacaq

Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün paytaxtın Nəsimi rayonunun 1,2,3,4,5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Adalet.az xəbər verir ki, "Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.