adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2019 10:07
14467
MƏMLƏKƏT

Paytaxtda İŞIQFORLAR işləmir - BNA sürücülərə müraciət etdi

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir:

"Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.