Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"
Ermənistanın anti-Rusiya fəaliyyəti davam edir və Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsinin lehinə səs verib.
Adalet.az xəbər verir ki, məlumatı erməni mediası olan 168.am saytı yayıb:“Birləşmiş Millətlər Təşkilatı ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı sənəd lehinə 105, əleyhinə 9 ölkə, 33 ölkə bitərəf olmaqla qəbul edilib.
Azərbaycan və İsrail səsvermədə iştirak etməyib. ABŞ isə əleyhinə səs verib.
Qətnamənin preambulasında xüsusilə “Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən” bəhs edilir.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Conatan Şrayer ABŞ-ın Avropa Şurasının insan hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi, demokratiyanın inkişafı və qanunun aliliyinin yüksəldilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini, lakin qətnamənin ABŞ-ın iki ölkə arasında sülhün əldə edilməsinə çalışdığı bir vaxtda faydasız olduğunu bildirib".
Qeyd edək ki, hələ 2023-cü ildə Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməklə Rusiya ilə mövcud çatı dərinləşdirmişdi. Beləki, Ermənistan parlamentinin 107 deputatından 60-ı qanun layihəsinin lehinə, 36 müxalif deputatdan 22-si isə əleyhinə səs vermişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

