19 Iyul 2025 17:17
681
DÜNYA

Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Baş nazir ötən ay baş vermiş hadisələrin qurbanları ilə bağlı İran prezidentinə başsağlığı verib. İkitərəfli, regional və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib.

Paşinyan Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.