adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Sentyabr 2020 23:00
17592
DÜNYA

Paşinyan öz ofisində casus axtarır

Ermənistan Baş naziri Nikol Paşinyan özü və fəaliyyəti ilə bağlı kənara informasiya sızıntısından və bunun onun siyasi reytinqinə ciddi zərbə vurmasından bərk narahat olub.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Paşinyan xüsusilə Rusiyaya “çalışan” casusları aşkara çıxarmaq üçün Milli Təhlükəsizlik Xidmətinə tapşırıq verib. Təhlükəsizlik Xidməti Paşinyan administrasiyasındakı şübhələndiyi şəxsləri MTX-nin zirzəmisinə salmaq və işgəncə vermək “səlahiyyəti” də qazanıb.

Erməni mediası artıq bir neçə şəxsin bu cür işgəncəyə məruz qaldığını yazıb.