Paşinyan müxalifəti “nakaut”a sala bilər: “Mandatın ləğv edilməsi” prosesinə START

Aprelin ayında Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü Ermənistanı elə qarışdırıb ki, hələ də sakitləşməsi mümkün deyil.
Xatırladaq ki, Brüssel görüşündən sonra Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədildi. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərkən keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoydular. Onlar növbəti iclasları boykot edəcəklərini və Qarabağa, Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər.
Qarabağa getməyinə də getdilər amma müxalifətçi deputatlar Azərbaycan ərazisinə buraxılmadılar. Bunun günahını Ermənistan hökümətində görən müxalifət aprelin 25-dən Ermənistanın hər yerində etiraz aksiyaları keçirməyə başladı. Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatıldı. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinq bu günə qədər davam edir. Ölkədə xaos başlamaq üzrədir.
Bunu dayandırmaq mümkündürmü?
Ermənistanı qarışdıranları cəzalandırmaq, mitinqin tempuni düşürmək üçün artıq hakimiyyət hərəkətə keçib.

Adalet.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin etiraz aksiyalarında iştirak edən 10 deputatı artıq ciddi səbəb olmadan parlamentin iclaslarında iştirak etməmə həddini keçib. Üzrsüz , həm də həddindən çox parlament iclaslarını buraxan deputatların artıq siyahısı da tərtib olunub:
İşxan Saqatelyan – 100
Vage Akopyan – 97
Lilit Qalstyan – 98
Armen Rustamyan – 101
Artur Qazinyan – 98
Qeqam Manukyan – 128
Andranik Tevanyan – 104
Armen Çarçyan – 119
Aspram Krpeyan – 102
Artur Vanetsyan – 115
Belə olan halda Ermənistan parlamenti bu faktla əlaqədər müzakirələr apararaq həmin deputatlarla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı qazanır. Onların mandatından məhrum edilməsi üçün deputatların 1/5-i Konstitusiya Məhkəməsinə müraciət etməli olacaq.Bu proses başlanarsa, müxalifət deputatlarından mandatların alına biləcəyi də mümkünləşər..
Qeyd edək ki, müxalifət Paşinyan hakimiyyətini "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. Aprelin 25-dən başlayan etiraz mitinqlərinin böyük iğtişaşlara çevriləcəyindən narahat olan Ermənistan höküməti xəbərdarlıq edib "Sizi mümkün təxribatlara uymamağa, cəmiyyətdə nifrət və düşmənçiliyin yayılmasından çəkinməyə çağırırıq".
İndiyədək keçirilən aksiyaların qarşısı alınmayıb, hərçənd ki, etirazçılar arasında müntəzəm olaraq, saxlanılıb polisə aparılanlar barədə məlumat verilir.
Əntiqə Rəşid
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 17:10
 31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 13:37
 31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:54
 31 Oktyabr 2025 11:54 "Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 

 Bakı -°C
 Bakı -°C 






