adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2021 11:12
23815
DÜNYA

Paşinyan istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

Paşinyanın istefası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.

"Bu gün konstitusiya müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün istefa verirəm. İstefanı başqa gün də edə bilərdim, amma bunu Vətəndaşlar Günündə etməyə qərar verdim. Beləliklə, vətəndaşdan alınan hakimiyyəti ona qaytarırıq ki, gələcək hökumətin taleyini seçkilər yolu ilə həll etsin",- deyə Paşinyan vurğulayıb.

Eyni zamanda, Paşinyan müvəqqəti hökumət başçısı kimi vəzifələrini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri baş tutacaq. Ermənistan parlamenti seçkilərin proporsional sistemlə keçirilməsinə dair qanuna dəyişiklik layihəsini təsdiqləyib.