Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır
Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi altındakı nümayəndə heyəti 28-29 mart tarixlərində Vyanada rəsmi səfərdə olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Erməni KİV-ləri yazır ki, Avstriya prezidenti Aleksander Van der Bellen martın 29-da paytaxt Vyanadakı Hofburq iqamətgahında həm Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə ayrıca görüşlər keçirəcək.
Qeyd edək ki, martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesi çərçivəsində tərəflərin razılığı əsasında Azərbaycan və Ermənistan liderləri arasında ilk rəsmi görüşün təşkilinə hazırlaşdıqlarını bəyan ediblər.
Daha sonra Avstriyadakı diplomatik mənbə isə bildirib ki, "Paşinyanla Əliyev arasında görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04