Partlayış zamanı xəsarət alan şəxsin SON VƏZİYYƏTİ
Ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Adalet.az-ın məlumatına görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 30-da, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, M.Cəlal küçəsi, 40 ərazisindən partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış gələn ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1963-cü il təvəllüdlü bir nəfər (kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq mərkəzinə təxliyə olunub. Ona başın tüklü hissəsinin və sağ yuxarı ətrafın müxtəlif lokalizasiyalı II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.


Bakı -°C

