adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyun 2023 11:05
585
GÜNDƏM

Partladılan Kaxovka su anbarı:Qara dəniz fəlakəti, nüvə təhlükəsi başladı

Kaxovka SES-i  rusiyalılar tərəfindən partladıldığı artıq heç kəsə gizli deyil. Artıq bütün dünya bu fəlakətin başqa və daha qorxunc bir fəlakətin başlamasının siqnalı olduğunu düşünür.


Adalet.az xəbər verir ki, İtaliyanın nüfuzlu “La Repubblica” nəşri bu fəlakət hər kəsi narahat etdiyini yazaraq baş verən dəhşətli çirklənməni belə təsvir edir:

“Ekoloji fəlakət təkcə Ukraynanın problemi deyil. ... Partlayan bəndin cənub hissəsində böyük bir sahə Dnepr çayının suları altında qalıb. Bu ərazilərdə benzin, dizel, pestisidlər, mineral yağ, digər yanacaq çənlərinə, distribyutorlara, kimyəvi və silah anqarları mövcuddur. Həmin kimyəvi qarışıqlar anbarın sularına qarışaraq nəhəng kütlə şəklində dənizə doğru axır. ...Bu çirklənmə prosesinə qarşı heç kimin edə biləcəyi heç nə yoxdur. Artıq Qara dəniz minalarla doludur. ... Yaranacaq axıntıları, kimyəvi və bioloji çirklənmə, böyük neft ləkələri normal olaraq saxlanıla və təmizlənə bilər, lakin burada partlayış təhlükəsi səbəbindən mümkün deyil. Türkiyə və Avropa sahillərində ətraf mühitin çirklənməsi riski böyükdür. Müharibənin nəticələri vəba kimi yayılacaq”.


Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirmişdir ki, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ərazisində vəziyyət getdikcə gözlənilməz və “potensial təhlükəli” olur:“Mən zavodun üzləşdiyi nüvə təhlükəsizliyinə real təhlükələrdən çox narahatam”, - Qrossi bildirib. O, təhlükəli nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün “indi hərəkətə keçmək” lazım olduğunu qeyd edib. Zaporojye AES-i soyuducu su ilə təmin etmək üçün istifadə olunan su anbarının səviyyəsinin əhəmiyyətli dərəcədə azalması nüvə təhlükəsini də reallaşdırır.

P.S. Dnepropetrovsk vilayətinin Maryanskoe rayonunda balıqların kütləvi ölümü qeydə alınıb. Bunun Dnepr çayının suyunun azalması ilə əlaqələndirsələrdə, mütəxəsislər Dneprdə zəhərli maddələrin ola biləcəyini güman edir.

Əntiqə Rəşid