adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 May 2019 18:14
16337
ƏDƏBİYYAT

Partizan Anatoli kimdir?

O,xalqın dinc əməyinin keşiyində durmaq üçün əsgər getmişdi. Ağlına da gəlməzdi ki, əsgərliyininiyirminci ayında, sakit bir iyun günündə həyəcan siqnalı qorxunc müharibənin başlanmasını xəbər verəcəkdir. Buzaman o, Çerkassk vilayətinin Kremençuq şəhərində xidmət edirdi. OnlarıBelorusiyaya göndərirdilər. Qərbi Dvinaçayından düşmənin keçməsinin qarşısını almaq üçün. Faşistlərəqarşı ilk döyüş də burada oldu.

...Səhəringözü açılar-açılmaz faşistlər güclü qüvvəilə hücuma keçdilər. Döyüş meydanının bir tərəfli meşəlik, bir yanı düzənlikidi. Faşist artirelleriyası və aviasiyası buraya tonlarla mərmi tökdü. Sonra hitlerçilər göründülər. Minemyotçu Əbutalıbın sərrast atəşiilə faşistlərin iki maşını yandırıldı.Ancaq onun da köməkçisini vurdular.Axşamçağı almanlar Lovat çayını keçib sağ cinahdan irəliləməyə başladılar.Müdafiə xəttinin ön sıraları seyrəlirdi, çoxlu yaralı vardı.Əbutalıb buzaman ağac-torpaq nöqtəsində idi. Top-tüfəng, mərmi səsindən qulaq tutulur,pulemyotlar şaqqıldayırdı. Düşmən dzotu görmüşdü. Kiçik təpənin dalından bir dəstə faşist səs-küysala-sala Əbutalıba sarı gəlirdi. Onlarısaydı, iyirmi nəfər avtomatçı idi. Faşistləri yaxına buraxdı. Arada məsafə50-60 metr olanda avtomatdan yaylım atəşi açdı. Əl qumbaralarını atdı. On beşfaşist yerə sərildi, qalanı qaçdı.Ətrafına baxdı, yoldaşlarından kimsəni görmədi. Göslənilmədən onun yaxınlığındaqumbara partladı. Aləm gözündə qaraldı, qulaqları batdı, ayaqlarındakı şiddətliağrıya dözməyib huşunu itirdi. Müdafiə qurğusununtaxta-puşu üstünə düşdü.

İnsan çətinliyədüşəndə nədənsə keçmişə boylanır, doğma yerləri, yaxın adamları xatırlayır.Lerik qəsəbəsinin Penkiyə məhəlləsi gözlərinin önünə gəldi. Üstü kirəmidli evlərində keçirdiyi günlər, rəngbərəng xalıyabənzər bağ-bağatı, ağacın dibində pıqhapıqlaqaynayan samovar, padnosda yemək gətirən anasını, atasını, həmyaşıddostlarını xatırladı. Kövrəldi, qəhərləndi. Görəsən o günlərə birdəqovuşa biləcəkmi? Sağ-salamatqayıdıb ayaq izləri qalmış bərəkətliçöllərdə yenidən gəzib- dolaşa, dəryazla ot biçə , sünbül yığa biləcəkmi?Axı, dinc adamlara qənim kəsilən bu amansız müharibə haradan çıxdı?. Allah axırını xeyir eləsin...

Xəyali səyahət başa çatdı. Görəsən bu vəziyyətdə onu hansı aqibət gözləyirdi.Dağılmış taxta-puşun, daş-kəsəyin əhatəsində qalıb ölümün yolunu gözləyəcək, yoxsa Allahın ona rəhmi gələcək,sağ qalmaq üçün ona bir nicat verəcəkdi...

Əbutalıb Lerik qəsəbəsindəboya-başa çatmışdı. On dörd yaşı tamam olmamış atası Həzi vəfat etmiş, o,yeniyetmə yaşlarında Lənkəran-Lerikyolunun tikintisində fəhlə işləməli olmuşdu. 1939-cu ilin sentyabırında Qızılordu sıralarına könüllü getmişdi.Əbutalıb sonralar öyrənəcək ki, ondan sonra qardaşları Aşurla Mənsur da səfərbərliyəalınıb, müharibəyə göndəriliblər.Evdə iki bacısı qalır. Onlar Aşurun"qara kağız"ını alırlar. Qvardiya əsgəri Aşur Cavadov 1949-cu il martayının 26-da həlak olmuşdu. Məzarı Kiyev vilayətinin Polesskoe şəhərinin Tserabulin kəndinin şimal-şərqinin bir kilometirliyindədir.

İndi isə...Faşistlər atəş nöqtəsinin susduğunu, heçbir səs-səmir çıxmadığını görüb getmişdilər. Əbutalıb dörd gündən sonra özünə gəldi.Sanki bir neçə günlük yuxudan ayıldı. Ayaqları bərk ağrıyırdı. Üz-gözü, çənəsi qana bulaşmış, dodağı şişmişdi. Əvvəlcə dodağındakı qəlpə parçasını çıxarıb atdı, sağ gözününqanını təmizlədi, amma görmürdü. Sol ayağına yeddi, sağ ayağına isə altı qumbara qəlpəsi dəymişdi. Başı yarılmış, qulaqları batmışdı.Çoxluqan itirdiyindən taqəti qalmamışdı.Bütün bədəni qızdırmadan od tutubyanırdı. Daha bir gün ötdü. Yenidənayılanda ətrafına baxdı. Döyüşyoldaşlarının meyitini görəndəsarsıldı.

Gözləri Alyoşayadikildi. Alyoşa Əbutalıba söz vermişdi ki, əgər sağ qalsa onlara qonaq gedəcək,müharibənin ağrı-acılarını xatırlayıb Allaha şükür edəcəklər. Əbutalıbıyandıran bu idi ki, Alyoşanın arzularıürəyində qaldı. O, çox qorxmaz və cəsarətli əsgər idi. Sərrast atəşi iləfaşistlərə qənim kəsilmişdi.Onun nişangahından düşmən qurtula bilmirdi, məhvetdiyi hitlerçilərin sayını itirmişdi. Əbutalıb Alyoşanın qurbana çevrilməsi iləheç cür razılaşa bilmirdi...

Təxminən yüz metr aralıda kiçik ev vardı. İçərisi bom-boş idi. Qapı-pəncərələrinifaşist piyadaları sındırmış, müxtəlif əşyaları evin ortasınadağıtmışdılar. Əbutalıb buraya özünü güclə çatdırdı. Döşəməyə yıxılıbbayıldı.

...Hende hox!

Əbutalıb bilirdiki, bu almanca "əllər yuxarı" deməkdir. Əllərini tərpətməyə heyi qalsaydı güllələyərdi bu uzundraz faşisti. Almangetdi.

Çox keçməmiş ikinəfər əsirlə qayıtdı.Onlar Əbutalıbı xərəyə qoyub, faşistin işarəsi iləaparmağa başladılar.

Bir sutkadansonra onları Belorusiyanın Polotsk şəhərinəgətirdilər. Sağlam əsirləri harasaapardılar. Əbutalıbı xəstəxanada saxladılar. Təsadüfən-təsadüflə həkim gəlib yaralılara baxırdı.

...Gecə yarı olmuşdu. Ayaqyoluna getmək bəhanəsi ilə o, nəzarətçidən icazə alıb, çöləçıxdı . Azca aralıda yerləşirdi. Üstüaçıq idi. Orada iki-üç dəqiqə yubandı."Əbutalıb, fürsətdir, qaç, qurtar, sonra gec olar", - deyə qərarverdi. Ətraf daş hasara alınmışdı.Hündürlüyü iki metr olardı. Əbutalıb böyükcəldliklə divarı aşdı. Aşan kimi də şappıltı ilə çirkab suya düşdü. Düşərgədənaralanan kimi sanki ona yeni qüvvət gəldi, qanadlandı. Şəhərin kənarındakıbirmərtəbəli evin qapısını döydü. Qoca bir kişi çölə çıxdı. Əbutalıbın təhər-töhüründənbildi ki, o, əsirlikdən qaçıb.

- Hardansan, sənənə lazımdır?-soruşdu

Nə lazımolduğunu demədi Əbutalıb.

-Qafqazdanam,-dedi.-Almanlar məni əsir almışdılar, güclə qaçıb canımı qurtardım.

-Hə, oğlum, keçiçəri. Mənim də oğlanlarım cəbhədəvuruşur, amma yerlərini bilmirəm.

Qoca Əbutalıba yemək, şalvar, kürk bir də nimdaşkepka, çəkmə verdi. Əbutalıb pay-piyada, gizli yollarla Orşdan, Mogilyovdan keçibJlobin şəhərinin həndəvərinə çıxdı.Eşitdi ki, bu yerlərdə partizanlar var.Əbutalıbın da məqsədi onlara qoşulmaq idi. Soraqlaşıb Streşin rayonunun Zaxarov kəndinə gəldi. Polotsk şəhərindən çıxdığıvaxtdan bir aydan çox keçirdi.Ayaqlarındakı yaralar qaysaq bağlamışdı.Hərdən çirkli yaralarından kiçik qəlpələr çıxırdı.

Kənddə yaşlı birkişinin evinə gəldi. Ev sahibi Əbutalıbınarıq, tük basmış sifətinə baxıbonu yedizdirdi. Söz-söhbət başlandı. Əvvəlcəbir-birinə etibar etmirdilər. Sonra sözləritutdu.

- Partizanlar bugünlərdə kəndə qayıtmalıdır. Oğlum Paveldə gələcək.

Əbutalıb çoxsevindi, gözlərinə işıq gəldi, inamı artdı.

-Nə yaxşı oldu,Naum baba, mən də onunla gedərəm...

Təxminən bir həftəsonra partizanlar kəndə gəldilər. NaumPavelə dedi ki, Anatolidən (Əbutalıb deməyə dili yatmırdı) muğayat olsun. İgid və etibarlı oğlana oxşayır. Həmin gündən, yəni,1943-cü il aprelin 1-dən partizanlaraqoşuldu.

Bəli, ƏbutalıbCavadov partizanlara qoşulanda onu"Anatoli" deyə gizli adla çağırırdılar. Qalın meşələri özünə məskənseçmiş qorxmaz partizanların faşizm üzərindəqələbə çalmasında rolu əvəzsizdir. İtaliyada, Fransada, Yuqoslaviyada əsligidlik göstərmiş Mehdi Hüseyinzadəni, Mirdaməd Seyidovu xatırlayaq.Onlardan biri qəhrəmancasına həlakolmuş, digəri isə sağ qalmış, uzun müddətdən sonra göstərdiyi həqiqi şücaətinəqiymət verilmişdi...

Əbutalıb(Anatoli) Cavadov Qomel vilayətində Çapayev adına briqadanın Qastello adına dəstəsinəbelə daxil oldu. Partizanlar qalın meşədə məskən salmışdılar. Dəstəget-gedə böyüyürdü. Burada müxtəlifqardaş xalqların nümayəndələri vardı. Partizan dəstəsi düşmən arxasındacəsarətlə və fəal işləyir, dəmiryollarını, hərbi sursat anbarınıdağıdır, döyüş istiqamətini öyrənir,"dil" ələ keçirirdi. Faşistlərigözüm-çıxdıya salır, əsir alınmış sovet adamlarını azad edir, döyüş ləvazimatı və ərzaq ələ keçirirdilər. Partizanlar böyük torpaqlahəmişə əlaqə saxlayır, yenitapşırıqlar alırdılar.

... Növbəti əməliyyat planında Buda-Koşelovo rayonunda dəmiryolu stansiyasında relsləridağıtmaq vəzifəsi dururdu. Siqnal saxilolmuşdu ki, səhər almanlar qatarla cəbhəyəərzaq və hərbi sursat göndərəcəklər.Onların planı pozulmalıdır. Pavel,Anatoli, Momontov, tatar Xadibulin də əməliyyat keçirməyəgedənlərin arasında idilər. Qaranlıqda yola düşdülər. Lazımi dəmiryolu keçidlərini minaladılar. Səhərisigün faşist qatarı buradan keçərkən göyə sovruldu. Bu zaman isə partizanlar növbəti əməliyyatlar barədədüşünür, alınmış məlumatları təhliledirdilər...

1944-cü ilinyayında düşmənin Jlobin qruplaşması darmadağın edildi. Qomel düşməndəntəmizləndi. Həkim komissiyasından sonra Əbutalıb Cavadov səhhətinə görə ordudan tərxis edildi. O, Qomel şəhərində hərbi yanğın bölməsində qulluq etməyə başladı. Səkkizay Moskvada oxudu. Sol budundan qəlpəparçasını Orexovo-Zuyevo şəhərindəki xəstəxanada çıxartdılar. Sağalıb Qomelə qayıtdı.Yanğından mühafizə dəstəsinə rəhbərlik etdi.

Əbutalıb(Anatoli) Cavadov doğma Lerikə qələbəmizdənbir neçə il sonra qayıtdı. Rayon daxili işlər şöbəsi yanında mühafizə bölməsində çalışdı. Tez-tez məktəblilərinqonağı oldu, onlara xatirələrinidanışdı.

Mərhum ƏbutalıbCavadovun döyüş xidmətləri yüksək qiymətləndirilib. Onun sinəsində II dərəcəli Vətən müharibəsiordeni, II dərəcəli xüsusi "Vətən müharibəsi partizanına","1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəAlmaniya üzərində qələbəyə görə" və digər medallar igidlik və cəsurluğunrəmzi kimi parlayırdı.