adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Noyabr 2014 11:37
8532
MƏDƏNİYYƏT

Parlaq melodiyaların yaradıcısı

Bu gün Azərbaycanbəstəkarı, xalq artisti, bir çox məşhur mahnının müəllifi Emin Sabitoğlunun anımgünüdür. 1937-ci Bakıda doğulmuş E. Sabitoğlu musiqi məktəbindən sonrakonservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonraÇaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, YuriŞaporinin bəstəkarlıq sinfi).

1961-ci ildə"Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsindəçalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyovadına Dövlət Konservatoriyasında müəllim işləyib. Bir simfoniya, üç simfonikpoema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün musiqi əsərləriyazıb. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib."Dərələr","Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada","Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindənbəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir,Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Bəstəkar həmişə ən yaxşı müğənnilərlə - Şövkət Ələkbərova, Zeynəb Xanlarova,Elmira Rəhimova, Mirzə Babayev, Flora Kərimova, Hüseynağa Hadıyev, Akifİslamzadə və.s kimi Azərbaycanın ən tanınmış və sevilən ifaçıları ilə işləyib.

Onun mahnılarını uşaqdan-böyüyə hər kəsin sevdiyi və əzbər bildiyimahnılardır ki, bu da hər bəstəkarın nail olduğu uğur deyil. E. Sabitoğlu nadirbəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq birharmoniya var. Hər bir bəstəkarın da fərdi yaradıcılıqüslubuna aid ifadə dili olub. Emin Sabitoğlunun kino musiqisi filmlərdəki hadisələrətamaşaçının daha çox ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyətqurmasına təkan verir. Onun bəstələrinin müşayiət etdiyi filmlər bitdikdənsonra belə tamaşaçını öz emosional təsirində saxlayır. Bu o deməkdir ki, hər evdə, hərməkanda Emin Sabitoğlunun nəfəsi, ahəngi duyulur.O, öz parlaq melodiyaları ilə ölümsüzlük qazanmış şəxsiyyətlərdəndir.  

E. Sabitoğlu 2000-ci ildə 77 yaşında vəfat edib.