Parlamentin plenar iclası başlayıb
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.
Adalet.az-ın xəbərinə görə,Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.
Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Azərbaycan RespublikasıMilli Məclisi deputatının statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Torpaq islahatı haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Mühasibat uçotu haqqında", "Sosial sığorta haqqında" və s. qanunlara, o cümlədən Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.
Deputatlar yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" (ikinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər. Bundan başqa, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-ci il üzrə məlumatı təqdim edəcəyi də gözlənilir.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47