adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2020 13:04
44588
İQTİSADİYYAT

Parlamentin iclasında deputat büdcə xərclərindən şikayətləndi - Nazir sərt cavab verdi

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev 2019-cu ilin büdcəsinin icrası barədə qanun layihəsinin müzakirəsi zamanı tənqid səsləndirib.

 Q.Həsənquliyev deyib ki, büdcədə qənaətə diqqət yetirilmir.

O bildirib ki, bununla yanaşı büdcə xərclərindən sui-istifadə hallarına rast gəlinib.

Maliyyə naziri Samir Şərifov isə millət vəkilinə etiraz edib.

"Görünür Qüdrət müəllim ya sənədlə yaxşı tanış olmayıb, ya da belə danışmaqla başqa məqsədlər güdür” - deyə S.Şərifov əlavə edib.

Nazir söyləyib ki, sui-istifadə ilə bağlı səslənən fikir isə yanlışdır.

"Təklif edirəm ki, sui-istifadə ifadəsini işlədərkən ehtiyatlı olmaq lazımdır. Stəkanda fırtına yaratmaq lazım deyil”.

Nicat Novruzoğlu