Parisdə görüşdülər - VİDEO
Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında üçtərəfli görüş olub.
Adalet.az BFMTV-yə istinadən xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, siyasətçilər 35 dəqiqə danışıblar.
Görüşdən sonra hər hansı bəyanat verilməyib. Söhbətin təfərrüatları da açıqlanmayıb.
Zelenski üçtərəfli görüşlə bağlı “X”də paylaşım edərək bunları yazıb: “Hamımız bu müharibənin tez və ədalətli şəkildə bitməsini istəyirik. Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.
Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

