adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 11:45
68
DÜNYA
A- A+

"Paris və Moskva arasında dialoq bərpa olunur" - Makron

Fransa Prezidenti Emmanuel Makron diplomatik müşavirinin Rusiyaya səfərini təsdiqləyib.

Adalet.az xəbər verir ki, o, bu barədə İspaniyanın " El País" qəzetinə verdiyi müsahibədə bildirib.

Fransa lideri müsahibəsində avropalı həmkarlarına Rusiya ilə dialoqu bərpa etməyi təklif etdiyini bildirib.  Onun sözlərinə görə, Rusiya ilə regionda yeni bir təhlükəsizlik arxitekturası qurmağın artıq vaxtı çatıb.