Papa Fransiskin adı metro stansiyasına veriləcək

Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.
Adalet.az xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib.
“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.
Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.
Digər Xəbərlər

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk
