adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyun 2020 11:30
40778
İQTİSADİYYAT

Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? - RƏSMİ

"Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beşfaiz ətrafında müşahidə edilir”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə olunur:

"Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.

Nazir bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:

"Hazırdabu proses davam edir. Hesablamalar aparılır”.