adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Noyabr 2018 17:37
11592
DÜNYA

Pakistanda partlayış: 30 ölü, 40 yaralı

Pakistanın Xanqu şəhərində yerləşən dini məktəb yaxınlığında partlayış baş verib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 30-dan çox insan ölüb, 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ölənlər arasında uşaqlar da var.

Hadisənin terror aktı olduğu açıqlanıb. Bildirilib ki, terrorçularla atışmada iki polis həlak olub, biri yaralanıb. Hadisənin səbəbləri araşdırılır.