Pakistanda musson yağışları - 905 ölü
Pakistanda iyunun 26-da başlayan musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində ölənlərin sayı 905-ə çatıb.
Adalet.az xəbər verir ki, bu haqda Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.
Yağışların ən çox vurduğu bölgə Pəncab əyaləti olub. Üç çayın daşması nəticəsində əyalətdə 1,3 milyon hektar əkin sahəsi su altında qalıb.
Avqustun sonundan indiyədək 4100-dən çox kənd və 4,2 milyon insan daşqınlardan zərər çəkib, 2 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

