22 Iyul 2025 11:07
91
DÜNYA

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 221 nəfərə çatıb

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 221 nəfərə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həlak olanlardan 104 nəfəri qadın və uşaqlardır.

    Daşqınlar nəticəsində 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

    Təbii fəlakətdən ən çox təsirlənən bölgə Pəncab vilayəti hesab olunur. Bununla yanaşı, Bəlucistan, Kəşmir, Gilgit-Baltistan və Hayber Paxtunxva əyalətləri də ciddi ziyan görüb.

    Qeyd edək ki, Pakistanda təxminən bir aydır davam edən musson yağışları daşqınlara səbəb olmaqda davam edir.