adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Noyabr 2017 10:56
16123
DÜNYA

Pakistanda ağır qəza: 17 ölü

Pakistanın cənubunda Sind əyalətinin Xayrpur şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, yük maşını avtobusu ötməyə çalışarkən onunla toqquşub. Hadisə nəticəsində 17 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Polis yük avtomobilinin sürücüsünün idarəetməni itirdiyini təsdiqləyib.