Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama
Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.
Adalet.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.
"Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir", - məlumatda vurğulanıb.
Pakistan prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, iqlim dəyişikliyi ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.
Zərdari həmçinin Fərhadovun Pakistanla Azərbaycan arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.
Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb./Report
Digər Xəbərlər
08 Avqust 2026 13:29
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi - Elxan Şükürlü yazır
08 Avqust 2026 12:49
Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi
08 Avqust 2026 11:51
Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib
08 Avqust 2026 11:45
“İlham Əliyev öz ardıcıl xarici siyasəti ilə ölkəmizi brend ölkəyə çevirdi”
08 Avqust 2026 10:42
"Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb"
08 Avqust 2026 10:40
“Azərbaycan geniş regionda getdikcə daha böyük rol oynayır”
08 Avqust 2026 09:57
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN
08 Avqust 2026 09:57


Bakı -°C

