adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Fevral 2018 12:01
9543
MƏMLƏKƏT

Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək

2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına təqribən 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır.

Adalet.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, bu il özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək:

"Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".