"Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür" - Elşad Hacıyev

Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
DİN rəsmisi qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:
"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".
Digər Xəbərlər

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb

"Xocalıda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir" - Eldar Səmədov
jpg-1746089949.jpg)
Hər ilin mayında Şuşanın eks "meri"nin nostalji"si qalxır:"Əsl sahib biz idik..."
