adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Fevral 2018 17:43
72996
MÜSAHİBƏ

Özümlə söhbətim

Son vaxtlarda diasporməsələsi gündəmi ən çox tutan mövzulardanbirinə çevrilib. Hərə bir fikir səsləndirir;bilən də danışır, bilməyən də. Haqqı çatan da ittiham edir, çatmayan da. Diasporumuzunbir üzvü kimi bundan narahat olmaya bilməzdim və ona görə də qərara gəldim ki, buməsələlərə münasibətimi bildirim, ancaq müsahibə formasında. Bəs məndən müsahibəalmağı kimdən xahiş edim? Yox, yanlış anlamayın, mətbuatda dostlarım, həm də təmənnasız dostlarım çoxdur. Ancaq axı onlar nədən danışmaq istədiyimi bilmirlər. Odur ki, özüm özümlə söhbət etməyə,yəni özümdən müsahibə almağa qərar verdim.

- Vüqar bəy, sizənecə müraciət edim, bəy, yoxsa müəllim?

- Sadəcə Vüqar vəhəm də "sən" deyə müraciət etməniziistərdim. Əgər etiraz etmirsinizsə, mən də sizə "sən" deyə müraciət edim.

- Əlbəttə. Bəs səninecə təqdim edim, Niderlandda fəaliyyət göstərən "Connect" (Konnekt) təşkilatınınsədri, Niderland Jurnalistlər Birliyinin üzvü kimi təqdim etsəm olar?

- Bunları qeyd etmənsadəcə ona görə önəmlidir ki, oxucular həmsöhbətininkim olduğunu bilsinlər. Yoxsa titulların, adların və s. mənim üçün önəmi yoxdur.

- Diasporla bağlımüsahibə vermək istədiyini demisən. Nədən belə bir istəyin oldu?

-İt olub hürmədik Aya,

Yıxdı bizi abır-həya,

Qoyun olmaya-olmaya

Qoyun olmaq çətin şeymiş.

Səhvetmirəmsə Ramiz Rövşənin şeridir. Baxırsan ki, hər kəs diaspordan danışır, biləndə bilməyən də. Bir də adamın gözünün içinə elə yalan deyənlər olur ki, qalırsanbelə, nə deyəsən. Bir söz deyəndə də olursan pis adam. Söhbətimiz boyunca bu istəyimin səbəbi daha daaydın olacaq.

-Vaxtilə sən özün də diaspordan yazar, tənqid edərdin. İndi nə oldu, niyə çoxdandıryazmırsan?

-Bəli, vaxtilə diaspor barədə ən çox yazanlardan, tənqid edənlərdən biri də mən idim.Ancaq o vaxt sadəcə bir jurnalist kimi yazırdım, təşkilatçı kimi deyil. Yəni o zamanmaraqlı tərəf deyildim. Jurnalist kimi hər zaman düşündüyümü, gördüyümü yazmağa,obyektiv olmağa çalışmışam. İndi isə mən də bir təşkilatın sədriyəm. Düşünürəm ki,etik olmaz ki, bir təşkilat rəhbəri digər təşkilat(lar)ı tənqid etsin. Onda elə anlaşıla bilər ki, mən maraqlı tərəf kimi digər təşkilat(lar)ı "vururam".Halbuki diaspor təşkilatları siyasi partiya deyillər və heç bir siyasi iddialarıda olmalı deyil. Diaspor təşkilatlarının işi sadəcə diaspor fəaliyyəti olmalıdırvə bu fəaliyyəti də kimlərəsə, rəsmi Bakıya xoş gəlmək üçün, məhz diasporumuz üçünetməli olduğu düşüncəsindəyəm. Nə vaxt ki təşkilatçılıqdan çəkiləcəm, o vaxt yenədə jurnalist kimi yazılarımı yazacam və lazım olanda tənqid də edəcəm.

-Diasporumuz Azərbaycan üçün nə edib, nə edir, nə etməyi düşünür?

-Əslində, bizim burda gördüyümüz bir çox işlərhəm də Azərbaycan üçün edilmiş deməkdir. Məsələn, bizlər yaşadığımız yerlərdə özümüzü yaxşı mənada tanıtsaq və burdakılar da bilsələr ki, biz hansı öıkədən gəlmişik, bu elə Azərbaycanınyaxşı mənada tanıdılması deyilmi? Bizlər yaşadığımız yerlərdə övladlarımızı soyuna-kökünəbağlı böyütsək belə, vətənpərvərlik etmişolarıq. Beləki gənc nəsil yerli uşaqlarlabirlikdə böyüyür, təhsil alır və gələcəkdə işləyəcəklər. Bunların arasından isə irəliləyən zamanlarda mütləqsiayasi xadimlər və digər sahədə çalışanlar çıxacaq və bunun nə demək olduğunu izahetməyə ehtiyac görmürəm. Bir də ki niyə elə düşünürsünüz ki, xaricdə yaşayanlarhamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdır? Hamı Azərbaycan üçün nəsə etməlidir?

-Məşğul olmalı deyillər?

-Yox, əlbəttə. Xaricə yaşamağa diaspor fəaliyyəti ilə məşğul olmaq məqsədilə gedənyoxdur. Artıq xaricdə yaşadıqca insanda müəyyən hisslər yenidən oyanmağa başlayırki, ölkəm üçün bunu edim, onu edim və s. Kimisi bunu fərdi edir, kimisi bir başqaları ilə birlikdə təşkilat yaradır, kimisidə yaradılmış təşkilatlarda aktiv olmağa çalışır. Bir də ki nə üçün düşünürsünüzki, hamı fəaliyyəti barədə məlumat verməlidir? Məsələn, mən fərdi fəaliyyət göstərdiyimvaxtlarda bunu kimsəyə nə deyir, nə də bir yerdə yazardım. Dostum Elnur Eltürk mənibuna bir növ məcbur etdi. Başqa bir misal, mənim həyat yoldaşım artıq bir neçə ildirki, ibtidai məktəbdə (12 yaşına qədər olan uşaqlar üçün) işləyir və ölkəmizibacardığı qədər təbliğ edir. Məsələn, Novruzda, Respublika günlərində qısa məlumatlar verir, evdə şəkərbura, paxlavabişirib aparır və s. Ancaq bunu nə mətbuata vermək üçün edir, nə facebookda yazmaqüçün. Mən də bunları ilk və son dəfə deyirəm. Bilirsiniz nə qədər soydaşımızvar ki, fərdi etdiklərini heç yerdə demir, yazmırlar. Səbəbini də soruşanda birisi bunu təvazökarlıqdan kənar kimi dəyərləndirir.Digəri deyir ki, nə üçün hamıya bildirməliyəm?Kiminsə qarşısında öhdəliyim olduğu üçün etmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.

-Deyirsən ki, hər kəs diaspor fəaliyyəti ilə məşğul olmalı deyil. Bəs ermənilər...

-Dayan bir dəqiqə, ermənilərlə bağlı sualını bir azdan verərsən. Yaxşı ki, bir sözbilirsən, "erməni diasporu", "yəhudi diasporu". Nəzərə alınki, bu gün diaspor adlandırdıqlarınız əksəriyyətiölkədən bu, yaxud digər səbəblərdən narazı çıxmış insanlardılar. Nəzərə alın ki,hər hansı bir səbəbdən ölkədə uğur qazanmasına imkan vermədiyiniz adamların xariciölkələrdə uğur qazanmasını və bundan da şəxsi məqsədləri üçün deyil, narazı çıxdıqlarıölkə üçün istifadə etməyini istəyirsiniz və s.Nə isə, buna qayıdarıq. Gələk hərkəsin diaspor fəaliyyəti məsələsinə. Əlbəttə ki, hər kəs məşğul olmalı deyil. Napoleondeyir ki, bütün əxlaqsızlıqların ən yekəsi bacarmadığın işdən yapışmaqdır. Səncə,hamı, bildi-bilmədi bu işlə məşğul olmalıdır? İnan ki, bunun zərəri olar.

-Bəs xaricdə yaşayan soydaşlarımızın tədbirlərə, mitinqlərə gəlməməsinə necə baxırsan?

-Bəsdir, sən vicdanın. A kişi, Azərbaycandakı bütün tədbirlərə yığışıb bütün azərbaycanlılargəlir? Xocalı, 20 Yanvar anım günlərində Şəhidlər Xiyabanına hamı gəlir? Özün dəbilirsən ki, yox. Heç mümkün də deyil. Biz də sizdənik də, bura gəlib dəyəcəyimizi gözləməyiniz yanlışdır. Biz pisiksə, demək siz də pissiniz,yaxşıyıqsa, siz də yaxşısınız. Hamımız eyni millətdənik; burda da, orda da. Digərtərəfdən, camaatın işi-gücü var. İstədiyinvaxt işdən-gücdən qalmaq olmur. Başqa ölkədə yaşayırıq, işdən icazə almaq olmur.Hər kəsin ailəsi-uşağı var, hər dəfə filan qədər verib tədbirlərə getmək olmur.Avropada yol xərci çox bahadır. Şəxsən mənim yaşadığım yerdən Den Haaqa (ki, ordatədbirlər çox olur) gedib gəlmək 50-100 avroya başa gəlir. Ayda iki tədbirə getsən,hesabla gör nə qədər edir. Hardan alsın kimsəhər ay bir neçə tədbirə getsin? Sən denən, Azərbaycandakılar, xüsusən burdayaşayan sadə insanları qınayanlar, ayda demirəm, ildə 100 avro ölkə üçün xərcləyirlər?Azərbaycanda yaşayan soydaşlarımıza öz məmurlarımızla görüşmək asandır? Razılaşarsınızki, yox. Ancaq gözləyirsiniz ki, biz dünən gəldiyimiz ölkədə bu gün baş nazirləoturub durmalıyıq. Bir qədər səmimi olaqe. Bəziləri eləcə adət ediblər irad bildirməyə.Hələ bir də təsəvvür et ki, eyni məqsədlə bir ayda, bəzən isə bir gündə neçə təşkilattədbir keçirdir. Birinə gedirsən, digərinə gedə bilmirsən... Olmur, inan ki, olmur.Sözdə demək asandır...

-Bəs ermənilər...

-Bəsdirin də, ermənilər, yəhudilər dediniz.Əvvəla bilin ki, ermənilər, yəhudilər yüz illərdir ki, dünyanın müxtəlifölkələrində yaşayır və həm də geniş maddi imkanlara malikdirlər. Digər tərəfdənisə bəsdirin özümüzü kiminləsə müqayisə edib kiçiltməyə çalışdıq. Bir sual verim. Qarabağı ermənilər öz gücünəmialıb? Cavabını da özüm verim: yox. Necə Qarabağı almaqda dəstək veriblər, eləcədə diaspor fəaliyyətində dəstək verirlər. Bundan başqa, gəl bir neçə səbəb də sayım:

*Erməni diasporuna kənardan, Ermənistandan heç bir müdaxilə edilmir. Əksinə, diasporErmənistana təsir edir.

*Erməni diasporunu dünyanın heç bir yerində Ermənistanın dövlət qurumları arasındaseçim etmək məcburiiyyətində qalmır.

*Ermənistan xaricdə yaşayan heç bir ermənini yaşadığı yerin vətəndaşlığını alıb deyəvətəndaşlıqdan çıxartmır.

*Ermənistan xaricdə yaşayan heç bir ermənini yaşadığı yerdə seçkili orqanlarda, parlamentdə,bələdiyyədə iştirak edib deyə vətəndaşlıqdan çıxartmır.

*Heç bir erməni Ermənistana viza alıb getmək, ora gedəndə isə qeydiyyata düşmək məcburiyyətində deyil.

*Heç bir erməni başqa ermənini diaspor fəaliyyəti ilə məşğul olduğuna görə hakimiyyətəişləməkdə və s. suçlamır.

Bunlarsadəcə saydıqlarımdır və nəzərə alın ki, eyni sözlər yəhudi diasporuna da aiddir.

-Məncə, xaricdə yaşayan biri kimi Vətənə xidmət etmək sizlərin borcunuzdur. Azərbaycanda yaşayan insanlar düz edib sizdənhesabat istəyirlər. Düz edib deyirlər ki, niyə qazancınızdan diaspor fəaliyyətinəayırmırsınız, yaxud da az ayırırsınız.

-Sənin bu boş və məntiqsiz sualın yadıma Əziz Nesinin "Vətən borcu" hekayəsinisaldı. Get bir onu oxu. Hekayədən bir sitat verim sənə: "Hirslənmə, əzizim.Sən də polisdə işləyib, vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənəbala-bala gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir". İndi mən deyim, cəsarətin varsa olduğu kimi dəqəzetə ver:

1.Bizim qazancımızın hesabatını soruşmaqdansa, kimin cəsarəti varsa gedib araşdırsınki, dövlətin diaspor fəaliyyətinə ayırdığı pullar aidiyyətə üzrə xərclənirmi? Xərclənirsə,hara və necə? Ancaq diqqətli ol, mən"xərclənmir" demədim, sadəcə soruşdum.

2.Gedib hesabatını soruşun ki, filan qədər xərc çəkib xarici dillərdə çap etdirdiklərivəsaitləri haralara və kimlərə paylayırlar?Yoxsa elə "quş qoymaq" xətrinə çap edirlər? Sübut kimi deyim ki, Almaniyadayaşayan bir tanışım evində illərdir saxladığı kitablardan bir qutu da mənə verdi.

3.Hesabatını soruşun ki, xaricdə keçirilən tədbir xaricilər, orda yaşayan soydaşlarımız üçündür, yoxsa Azərbaycandan gələn rəsmi, qeyri-rəsmi,lazımlı, lazımsız adamlar üçün ki, bəzi tədbirlərdə Azərbaycandan gələnlər daha çox olur?

4.Hesabatını soruşun ki, iş adamlarını belə, dəstək vermələri üçün niyə konkret kimlərəsə, özlərinə yaxın təşkilatlarayönləndirirlər?

Gəlindüzünü danışaq, bir çox halda Vətəndəki soydaşlarımızın bəzilərinin bizlərdən gözləntilərilazım olduğundan da çox olur. Bunları çatdırmaqisə nə fiziki, nə də maddi cəhətdən mümkün deyil, ən azından çətindir...

-Sən də pul davası edirsən?

Ənənəvişantaj üsulu. Deyirəm ki, maddi imkanlar yol verməlidir, yol verməyəndən sonra nəedəsən, necə edəsən? Mən Azərbaycan dövlətindən heç nə gözləmirəm, imkanım olsaözüm yardım edərəm. İstənilən məsələnin hesabatını da açıq verməyə hazıram. İş adamlarınagəlincə, onlarla əməkdaşlıq etmək olar, qarşılıqlı maraqlar çərçivəsndə ki, iş adamınında marağı gözlənilsin. Bir məqamı da qeyd edim ki, mən özüm biznes qurmağa çalışdım,bir neçə il öncə. Azərbaycan gömrüyü, bəzi məmurları məni elə maddi ziyana saldılar ki, borcundan buyaxınlarda qurtarmışam. Deyəndə ki, bu biznesdən gələn gəliri filan işə xərcləyəcəm,belə vicdansızlıq etməyin. Deyirlər ki, səndənbunu xahiş edən var? Vicdana gəlincə, bu sözün tələffüzünü belə bəziləri bilmir.Burdan, Niderlanddan Azərbaycana sərmayə qoymaq üçün bir çox iş adamları ilə danışıqlar apardım. İşadamlarından biri də dedi ki, biz Azərbaycanda filan işi görmüşük, pulumuzu da alabilmirik. Bizə kömək et. Rəsmi yerlərə müraciət etdim. Uzun zaman gözləyəndən sonrada dedilər ki, bizlik deyil. "Axırıncı aşırım" bəbii filmində deyildiyikimi, əşşi hansını deyəsən, birdi, ikidirki, deməklə bitsin. Söz də deyəndə olursandüşmən, pis adam. Danışmayanda da yuxarıdakı bənd yadıma düşür.

-Bir sual da verim...

-Bir dəqiqə dayan, yadıma bir şey düşdü, onu da deyim. Bu günə qədər onlarla niderlandlısiyasət adamları, eləcə də millət vəkilləri ilə görüşdüm, qəzetlərdə, saytlardayazılar, müsahibələr verdim, radioda çıxışlar etdim və s. Dəfələrlə də jurnalistlərdəngələn bu təklifləri rədd etdim ki, səbəbləri başqadır, zamanı gələr deyərəm. Sənə bir məqamı deyim ki, heç kimə deməmiş, heçyerdə yazmamışam, məncə. Şou biznes adamları demişkən, eksklüziv olaraq burda açıqlayacam(gülür). Bir neçə il öncə Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçməkistədim. Məqsədim də o idi ki, yerli deputatlarla əlaqə yarada bilim. Sonunda bunarazılıq ala bildim. E-maillər hələ də məndə qalır, sübut edə bilərəm. Ancaq şərtləribu idi ki, mən bir mətbuat orqanını təmsil etməli və həftənin beş gününü ora getməliyəm.Azərbaycanda nə qədər media qrumuna müraciət etdim ki, məni burda jurnalist kimiqeydiyyata alsınlar. Soruşa bilərsiniz, məsələn, ANS-dən Mirşahin bəylə, o vaxtİTV-yə sədrlik edən İsmayıl Ömərovla və başqa çox adamla danışdım. Alınmadı, razılıq verən olmadı. Səbəbləribarədə heç danışmaq istəmirəm. İnanmırsınızgedin özlərindən soruşun ki, Niderlanddan bu məsələ ilə bağlı sizinlə danışan olubmu? Bax, sənə deyirəm, etiraf edirəm, bəlkə təvazökarlıqdankənar səslənəcək, burda mənim özümə görə əlaqələrim olub və var. Ancaq maddi baxımdandaha tükənmişəm. Neyləyim, evdəkilərimi ac saxlayıb gedib diaspor fəaliyyəti iləməşğul olmalıyam? Novruz bayramı keçirtməkdə, şəhidlərimiz üçün anım tədbirləri keçirtmək də və s. diaspor fəaliyyətidir və olduqca vacib məsələlərdirlər.Ancaq fəaliyyət təbii ki, bununla kifayətlənməməlidir. Bilirəm sizlər necə fəaliyyətistəyirsiniz. Ancaq o fəaliyyət bir tədbirə sığası deyil. Məsələn, on yeddi milyondanartıq əhalisi olan Niderlandda sən tədbirlərlə fikrini çatdıra bilməzsən. Bununüçün mətbuatın; televiziyaların, qəzetlərin və s. xidmətlərindən istifadə etməlisən.Saytlar yaratmalısan ki, bununla bağlı məndən çox təklif verən olduğunu düşünmürəm. İlin bütün aylarında bu sahədə fəaliyyətdə olmalısan,sizin istədiyiniz fəaliyyət üçün. Buna görə isə gərək özünü ancaq bu sahəyə aidedəsən. Ancaq biz də işləməli və ailəmizi saxlamalıyıq. Razı deyilsənsə, mən deyirəm, bəlkə kimlərinsəaçıq demədiyini deyirəm, yoxdur imkan və hətta sənin imkanın varsa bunları böyükşriftlərlə yaz: PULSUZ İŞ GÖRMƏK OLMUR, PUL DA YOXDUR. KƏNARDAN OTURUB SÖZ DEMƏKLƏDEYİL.

-Bəs necə edək ki, diasporumuz güclənsin?

-Mütləq nəsə etməlisiniz? A kişi, gedin ölkənin daxilindəkilərin məsələsini həlledin. Məsələn, gedin təhsilinizlə, mətbuatınızla, gündəlik sosial qayğılarınızla,səhiyyənizlə və s. maraqlanın. Xaricdə oxutdurduğunuztələbələrə elə şərait yaradın ki, ölkəmizə qayıtsınlar və ölkəmizdə işləsinlər.Axı onları oxutdurmağa xərc çəkmisiniz. Diasporuboş buraxın ki, diasporumuz təbii inkişaf etsin. Diasporda monopoliya yaratmağa çalışmayın. Hələdə öyrənə bilmədik ki, monopoliya olan yerdə inkişaf olmaz. Orda-burda tədbirlərkeçirtməklə diaspor güclənməz, tədbirlərinalt yapısını hazırlamaq lazımdır, insanlarla işləmək lazımdır. Əlinə hər bayraq alıb yellədən barədə mətbuatdapalaz-palaz yazılar verib mətbuatı da gözdən salmayın. Özümə də aid deyirəm, məndənxəbər alanda dəqiqləşdirmədən mətbuata verməyin. Hesab soracağınız bizlər deyilik, bir qədər əvvəl də dediyim kimi, bu sahəyə dövlətpul ayırırsa, o pulların hesabını sorun. Bizdən hesab sormayın ki, niyə belə etmirsinizvə yaxud da orda min bir əziyyətlə qazandığınızı niyə ailənizə xərcləyirsiniz, buişlərə yox. İttiham etməyiniz bizi, daha da həvəsdən salırsız. Bir sözlə, nəticənitənqid etməyin, bu nəticəyə gətirib çıxaran səbəbləri tənqid edin.

-Bir sual da verim...

-Vermə, daha sual vermə. Sonra bir də söhbətedərik. Hələlik bu olsun bizim birinci söhbətimiz, sonra ikincini, lazım olarsaüçüncünü, dördüncünü və s. edərik.