adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2017 14:23
6948
MƏMLƏKƏT

ÖZƏL KLİNİKALARIN İNSAFI OLSA…

Ölkəmizdə bu gündövlət xəstəxanaları ilə yanaşı, çoxlu sayda özəl klinikalar da var. Və bu özəlklinikaların bir çoxu hətta Avropa ölkələrindəki klinikalarla rəqabətə girə də bilər.Ən azından ona görə ki, bir çox özəl klinikalarda Avropa və dünya standartlarınacavab verən ən müasir avadanlıqlar və texnologiyalar quraşdırılıb. Və bu avadanlıqlarıngücüylə müxtəlif xəstəlikləri aşkar etmək mümkündür. Bunlar hamısı çox gözəl!

Biz ancaq həmin özəlklinikalarda mövcud olan və pasiyentlər üçün müəyyən çətinliklər yaradan problemlərətoxunacağıq. Eyni zamanda özəl klinikaların adlarını çəkməyəcəyik ki, bu nə reklamolsun, nə də antireklam. Yazımızın əvvəlində qeyd eləmişdik ki, bu gün Bakı şəhərindəxarici ölkələrdən geridə qalmayan klinikalar fəaliyyət göstərir. Yenə sözümüzünüstünə qayıdaraq bildirmək istəyirik ki, bu klinikalarda həm də kifayət qədər istedadlı,savadlı və təcrübəli həkimlər də var. Heç bununla da işimiz yoxdur!

Ondan söhbət açmaqistəyirik ki, əksər özəl klinikalarda xəstələrin müayinəsi və müalicəsi çox bahadır.Bəlkə də bir-iki il bundan əvvəl həmin bahalığa pasiyentlər bir o qədər də əhəmiyyətvermir, bir balaca ağrıyan kimi özəl klinikalara üz tuturdular. İnsaf naminə deməliyikki, bir çox ağır xəstələr və əlləri hər şeydən üzülən pasiyentlər son anda özəlklinikalarda müalicə olunaraq həyata qayıda biliblər. Axı bu klinikaların çoxundaən mürəkkəb ürək əməliyyatları və eləcə də digər orqanların əməliyyatı uğurla aparılır.Ancaq bir çox insanların maddi durumu yaxşı olmadığına görə, bu gün özəl klinikalardamüalicə oluna bilmirlər. Bu isə bir çox halda ağır xəstələrin həyatla vidalaşmasınagətirib çıxarır.

Bugünkü iqtisadiçətinliyi, maddi sıxıntını özəl klinikalar da nəzərə almalıdır. Onlar nəzərə almalıdırki, üç-dörd il bundan əvvəlki kimi əhalinin kasıb təbəqəsinin iqtisadi durumu yaxşıdeyil. Təbii ki, bu maddi çətinliklər üzündən bayaq dediyimiz kimi, xəstələr özəlklinikalara gedərək müayinə və müalicə ola bilmirlər. Belə hallarda da həmin pasiyentlərindoğmaları stress keçirir, əsəbləşir və onların özü də xəstəliyə düçar olurlar.

Gəlin onunla razılaşaqki, bugünkü iqtisadi durumla müqayisədə özəl klinikalarda çox bahalıqdır. Məsələn,hər hansı bir xəstəliyin aşkar edilməsi üçün ən azından analizləri verərkən və aparatdankeçərkən 300-350 manat pul tələb olunur. Hansı ki, vicdanlı həkimlər özəl klinikadaişləsə də, çox vaxt pasiyentin imkanını nəzərə alıb onu bir o qədər də çox analizverməyə qoymur. Konkret olaraq bir-iki qan analizi verməklə pasiyentin səhhətindəkiproblemlər tamamilə aşkarlanır. Təəssüf ki, bunu hər həkim eləmir. Əksər həkimlərisə xəstələrin maddi durumunu nəzərə almadan lazım oldu-olmadı daha çox qan analizləriverməyi və aparatdan keçməyi pasiyentə məsləhət bilir. Pasiyent də bir aşağı baxır,bir yuxarı məcbur olub borc-xərc həmin müayinədən bir təhər keçir. Müayinədən sonrada bir ətək pul lazımdır ki, müalicə olunasan. Bir çox xəstələr imkansızlıq üzündəno pulu tapa bilməyəndə müalicəni ya yarımçıq saxlayır, ya da bir daha həkim yanınagetmir.

Tanınmış özəl klinikalarınbirinin vicdanlı həkimi bizimlə söhbətində dedi ki, mən dəfələrlə klinikanın rəhbərliyinəbildirmişəm ki, indiki iqtisadi durumu nəzərə alsınlar, bəzi müayinə və müalicələrdəvə analizlərdə endirimlər eləsinlər. Ancaq görmüşəm ki, bu rəhbərin xoşuna gəlməyib.Sonra fikrimi konkret faktlarla əsaslandırmışam. Demişəm ki, bu endirim olsa, günərzində 50 xəstə əvəzinə 100 xəstə bizə müraciət edər və biz də o itirdiyimiz pulu xəstələrin çoxluğu hesabınaqazana bilərik. Deyəsən bu rəhbərin ağlına batdı və bir qədər endirim etdi. Amma bu da indiki iqtisadi durumda bir o qədər yetərlideyil. Ancaq buna da min şükür!

İrandabizim ölkədən müalicəyə gedən hər hansı pasiyent 150 manat məbləğində özünü «çekap» elətdirir. Yəni xəstənin saçından tutmuşdırnağına qədər bütün orqanları müayinə olunur və ona duzgün diaqnoz qoyulur. Amambizdə isə cəmi bir-iki analizə elə pasiyent özəl klinikada bu qədər pul ödəməliolur. Sonra da bizim həkimlər deyirlər ki, xəstələrimizin çoxu niyə İrana üz tutur.Camaat İrana ona görə üz tutur ki, orda həm ucuzluqdur, həm də qəbul olunan dava-dərmandaha keyfiyyətlidir.

Bizəelə gəlir ki, özəl klinikalarımızda da müəyyən endirimlər eləməklə xaricə gedənxəstələrin sayını azaltmaq olar. Çünki artıq bir çox pasiyentlər İrandakı həkimlərdəndə narazılıq edirlər. Çünki onların da arasında kifayət qədər dələduz və fırıldaqçı həkimlər var. Əgər kimsə təsadüfən və tanımadığı halda İrana müalicəyəgedirsə, İran Astarasına çatan kimi dələduz taksi sürücüləri onları yaxalayır vətanıdıqları klinikalara aparırlar. Təbii ki, İranda da bütün klinikalar yüksək səviyyədəfəaliyyət göstərmir. Orda da vicdanlı və vicdanını itirmiş həkimlər var.

Yaxın qohumlarımdanbiri düz 5 il İranda qara ciyəri ilə bağlı müalicə olundu. Amma o elə də müsbəteffekt vermədi. Axırda dövlət xəstəxanalarının birində olan çoxlarının tanımadığıhəkim onu tam müalicə elədi və mənim qohumum da özünü lap yaxşı hiss edir. Deyirki, İrandakı dərmanları atıb qurtarandan sonra ağrılarım yenidən başlayırdı. Sankiməndə dərmandan bir asılılıq yaranmışdı. Amma öz yerli həkimimiz çox cüzi qiymətəməni müalicə elədi və həyata qaytardı.

Göründüyü kimi, birçox pasiyentlərin İrandakı həkimlərə inamı və ümidi itib. Onlar yenidən öz həkimlərimizinyanına dönürlər. Belə bir məqamda özəl klinikalar çox insanpərvər addım atmalı,müayinə və müalicələrdə endirimlər etməlidir. Bu endirimlərdən həm özəl klinikalarqazanar, həm də öz pasiyentlərimiz sağalıb həyata qayıdar. Və bir də öz pulumuzelə özümüzə qalar….


Faiq QİSMƏTOĞLU