Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Prezident İlham Əliyevi təbrik edib.
Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Əziz qardaşım.
Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.
İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.
Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim.
Dost və qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolundakı böyük xidmətləriniz və qətiyyətli səyləriniz sayəsində qardaşlıq əlaqələrimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldiyini məmnuniyyətlə qeyd edirik.
Hörmətli İlham Heydər oğlu, qarşıya qoyduğumuz ali məqsədlərə çatmaq üçün birgə səylərimiz, ali səviyyədə aparılan fəal və konstruktiv dialoqumuz nəticəsində çoxşaxəli və uzunmüddətli əməkdaşlığımızın qardaş xalqlarımızın ümumi tərəqqisi naminə bundan sonra da səmərəli inkişaf edəcəyinə qəti şəkildə inanıram.
Əziz dostum, həyatınızın bu sevincli və unudulmaz günü münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, ölkənizin əmin-amanlığı və rifahı naminə həyata keçirdiyiniz məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

