adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Fevral 2020 15:48
35937
GÜNDƏM

Öz xalqına qarşı soyqırım törədən psixopat

17 aprel 1998-ci ildə Tayland və Kambocanı ayıran sərhədin kimsəninbilmədiyi bir yerində tarixin gördüyü ən qaniçən pxisopatlarından biri PolPotun meyidi yaxın adamlarının qatıldığı yerli bir mərasimlə yandırılırdı. Bir utopiyanın izinə düşüb vətəndaşlarını qanvannasına salan adamın xəyalları da özüylə birgə kül olub küləklə birlikdəTaylanda doğru sovrulurdu. Maraqlı olan budur ki, əti və sümükləri oda təslimedilən adam öz döyüşçüləri tərəfindən bir müddət idi ki, öz memarı olduğuinqilaba xəyanət etməsi adıyla əsarətdə saxlanılırdı.

Həyatının son günlərinə yaxın Pol Potu da ölüm qorxusu bürümüşdü. Aldığı hər nəfəsininsonuncu ola biləcəyini düşünürdü. Belə günlərdə mətbuat önünə çıxaraq qızındanbəhs edərkən digər tərəfdən də öz səhhətindən narahat olduğunu dilə gətirmişdi.Etdiyi əməllərə görə cavabdehlik daşıyıb-daşımadığı sual veriləndə isə " mənmübarizə aparmaq üçün gəldim, insanları öldürmək üçün deyil” deyib əlavəetmişdi: "Bu halıma baxın. Vəhşi bir insana bənzər halım varmı?”

Doğru idi. Heç də vəhşilərə bənzəmirdi. Bununla birlikdə 1975-79-cu illərdəDemokratik Kamboca kimi bilinən rejimə rəhbərlik edən Pol Pot Maoist Çinindənalınmış olan utopik siyasəti nəticəsində 2 milyon ətrafında insanı məhvetmişdi. Bunların 200 mini " dövlət düşməni” və " içimizdəki xain” kimiittihamlarla damğalandıqdan sonra edam edimişdi. Ölənlərin sayı əhalinin sayınisbətiylə müqayisə olunarsa Kamboca inqilabının inqilablar əsrinin ən qanlısıolduğunu deyə bilərik.

Fransaya burjuaziyaçı kimi getdi,bujuaziya düşməni kimi döndü


Ölkəsinin başına bir bəla kimi çökəcək Pol Pot Kambocanın Fransa mandatı olduğuvaxtda varlı bir ailənin uşağı kimi doğulmuşdu. O vaxtlar Salos Sar kimitanınan Pol Pot fransız dil məktəblərində oxudu. Illər sonra bir sinif yoldaşıonun haqqında " çox düşünür, az danışırdı " deyəcəkdi. 1949-cu ildə fransızdilini bilməsi ona Paris qapılarını açdı. Siyasi əlaqələrindən istifadə edərəkaldığı kreditlə Fransada radio-elektrik təhsili almağa başladı. Lakin bu ölkədəkivaxtının çoxunu onun deyimiylə " uzaqgörən kitablar” oxumağa sərf etdi. Müstəmləkəçilikəleyhinə çıxışıyla onu cəzb edən Fransa Kommunist Partiyasına qatılmaqda bir anbelə tərəddüd etmədi. Bir müddət sonra məktəblə yaxından, uzaqdan əlaqəsiqalmadığına görə təhsil krediti kəsildi. O, evə qayıtmaq məcburiyyətində qaldı.

Kamboca müstəqil olmasına oldu, amma...

Kambocanın 1953-cü ildə Fransadan müstəqilliyini almasından sonra həmölkə, həm də Salos Sar üçün yeni bir dövr başlayırdı. Bir tərəfdən paytaxtPnompendə özəl bir məktəbdə müəllimlik edən Sar digər tərəfdən gizli birkommunist partiyasının özək üzvü olaraq qanundankənar toplantılara qatılmanın,onların özünə xas rituallarının gizlicə yerinə yetirməsinin həyəcanını yaşayır,fürsət düşdükcə hakimiyyətə gəlməyin xəyallarını qururdu. Kamboca KommunistPartiyasının başına gəldikdən sonra polis qorxusundan bir dəstə dostuylaVyetnam-Kamboca sərhədi yaxınlığındakı bir Vyetnam hərbi bazasına(Ofis 100)sığındı. Iki il ərzində burada vyetnamlıların nəzarətində lüks həyat yaşadılar.
Salos Sarı Pol Pot eliyənsə Maonun Çini oldu. Çinli kommunistlər gələcək vədlərinəinandıqları dostuna " Politika Potensialına” görə Pol Pot ləqəbini vermişdilər.Maonun mədəni inqilabından və utopiyasından başı fırlanan Pol Pot çinli radikalkommunistlərlə görüşlərinin ardından bambaşqa düşüncəylə ölkəsinə qayıtdı.1960-cı illərdən etibarən Kamboca Kommunist Partiyasının silahlı qolu kimiözünü göstərən Qırmızı Kxmerlərlə birgə ölkənin meşəlik bölgəsində öz qərərgahınıyaratdı. Hərəkətə keçəcəyi 1970-ci ilə kimi təbiət qoynunda burjuaziya mədəniyyətindənuzaq, tərəfdarlarıyla birlikdə düşüncə hazırlığıyla vaxt keçirdi. Kapitalistsistemə və gətirdiyi həyat tərzinə nifrətini aşıladı. Belə günlərdə Vyetnammüharibəsinə görə qonşu ölkədə qiyamət qopur, Amerika vyetnamlı qırmızılarıbombalayır, Vyetnam meşələri amerikalılarla kommunist döyüşçülər arasındakı savaşagörə yaşıldan qırmızıya dönürdü. Müstəqil görünməyə çalışan Kamboca isə əslindəmümkün olmayanı bacarmağa çalışırdı. Vyetnam müharibəsində kimsənin ayağınıtapdamadan bitərəf qalmaq çətin idi. Ölkəni Fransa müstəmləkəsi olmaqdanqurtaran və eyni zamanda müstəmləkə dövründən sonranın ilk və əbədi rəhbəriolan Şahzadə Norodom Sihanouk bu qarmaqarışıq dövrdə bölgədə güclü olanların, yəniÇin və Şimali Koreyanın könlünü xoş eliyərək praqmatik bir yol tuturdu. Tək dərdiKambocanı müharibə xaricində saxlamaq olan şahzadə Maoçu siyasətin dəyərləndirilməyəlayiq olduğu bildirir və Cənubi Asiyada kommunizmin zəfərinin qaçılmazlığınıdeyərək Çinə göz qırpırdı. Çin də bunun qarşılığında yüksək qiymətlə Kambocadüyüsü alırdı. Şahzadə Sihaonouk eyni zamanda Kamboca üzərindən Şimali Vyetnamhərbiçilərinə hərbi-sursat göndərilməsinə də göz yumurdu. Hər kəs məmnun idi.Bununla birlikdə Çindəki mədəni inqilabın radikallığı ilə şahzadənin Çinləkönül bağı qopacaq və o ölkəsində solu təzyiq altına alacaqdı. Onu devirməyəçalışan və ölkəyə öz istədikləri kimi kommunizm gətirməyə çalışan kxmerlərə "Qırmızı Kxmerlər” adını verən də Sihanouk olmuşdu. O, ikili siyasətiylə ölkəsindənəzarəti itirəndə Vaşinqtondakılar düyməyə basdı. Sihanouk Amerikanın dəstəklədiyimillətçilər tərəfindən devrildi. Paytaxtda bu hadisələr baş verərkən uzun müddətdirmeşədə gizlənərək zamanını gözləyən Pol Pot öz qabığını qırırdı.


Amerika bombalayır, Qırmızı Kxmerlərböyüyür

Devrilməsindən sonra Sihanouk öz iqtidarına təhlükə gördüyü Qırmızı KxmerlərinAmerikanın dəstəyi ilə iqtidara gələn yeni hökümətə düşmən olduğunu açıqladı.Özünə müttəfiq axtarırdı. Devrilmiş dövlət rəhbərinin bu açıqlamasından sonraşimali vyetnamlılar Qırmızı Kxmerlərə kömək etməyə başladı. Onlara silah göndəribtəlim keçdilər. Bir müddət sonra Şimali Vyetnam birlikləri Kambocanı işğal edərəkamerikapərəst hökümətə qarşı döyüşməyə başladılar. Qırmızı Kxmerlər də onlara dəstəkverirdi. Bu vaxt ərzində Pol Pot birliyinin heyət sayını artırmaq və yeniqatılanların ideoji təhsilini tamamlamaqla məşğul idi. Amerikalıların Vyetnamlabirlikdə Kamboca torpaqlarını da bombalaması kambocalıların Qırmızı kxmerlər tərəfinəkeçməsinə səbəb oldu. Bu bombardmanlarda 600 min kambocalı həyatını itirmişdi.Amerikanın bu əməliylə Pol Pot bənzərsiz bir mədən kəşf etmişdi. Digər tərəfdənyalnız keçmişi kəndli olanların və təhsilsizlərin Qırmızı Kxmerlər tərəfinəkeçməsinə izn verilirdi ki, bu da başdan ayağa axmaqlıq idi. Buna baxmayaraqbaşda Pol Pot olmaqla təşkilatın rəhbərliyi Fransada təhsil görmüşdü vəintelektual təbəqə sayıla bilən imzalar idi. Zamanla Vyetnamlılar diqqətləriniAmerikayla müharibəyə ayırdılar və Kambocada hakimiyyətə gəlmək istəyiniQırmızı Kxmerlərə buraxdılar. Vyetnamlı kommunistlərin cəbhədən çəkilməsiyləPol Pot da onları dəftərindən sildi. Tərəflər arasında uzun müddətli soyuqmünasibət başlayacaqdı. Həmin ildə ölkədəki hökümətin və ordunun durumu pis idivə Qırmızı Kxmerlər əsas güc olaraq qalmışdı.
Pol Potun liderliyi ilə Qırmızı Kxmerlərin paytaxt Pnompeni işğal etməsiylə vətəndaşmüharibəsi başa çatdı. " Demokratik Kamboca” adıyla yeni bir rejim quruldu. PolPot baş nazir oldu. Müharibədən bezən şəhərin 2 milyonluq əhalisi kommunistdöyüşçüləri sevinc nümayişləri ilə qarşıladı. Müharibədən və kasıblıqdanbezmişdilər, boynuna qırmızı şarf atan bu gənc, idealist döyüşçünün liderliyiilə yeni bir cəmiyyət inşa edəcəklərini düşünürdülər. Qısa zamanda yağışdançıxıb yağmura düşdüklərini anlayacaqdılar. Həm də necə bir yağmur...

Ölkə bir anda orta əsrlərə qayıtdı


Qırmızı kxmerlər 2 milyonluq paytaxt əhalisini "Amerikalılar bombalayacaq” bəhanəsiilə bir gündə boşaldıb düzənliyə yerləşdirdilər. O andan etibarən böyük birdram başladı. Kütlələr düyü tarlalarında işləməyə məcbur edildi. Pol Potundüşüncəsində qurduğu "öz-özünə çatan tarla cəmiyyəti” utopiyasının zavallılarıolmuşdular. Kxmerlər ölkənin digər böyük şəhərlərini də boşaltdılar. Pulu,bankları, qısası, modern iqtisadiyyata dair nə varsa hamsını” yeni quracağımızcəmiyyətdə bunlara yer yoxdur” deyə aradan qaldırdılar. Məktəbləri, bazarları,qəzetləri, hər dinə aid ibadətxanaları yerlə bir etdilər. Xüsusi mülkiyyəti məhvetdilər. Xarici dünyayla əlaqəsi kəsilən ölkə insanoğlunun şahid olduğu ənböyük məhv edilmə səfərbərliyinə beşiklik edirdi. Burjuaziya mədəniyyətini məhvetməyə andlı olan kxmerlər pulu və təhsili olan hər kəsə düşmən idi. Bukateqoriyaya uyğun gələnlər qəddarcasına məhv edildi. Belə ki, eynək taxması vəxarici dil bilməsi insanların "burjuaziya”, "intelektual” , yəni cəmiyyət düşməniolaraq tanınmasına səbəb olur və bu başına keçirilən salofan torbasıylaboğulmasına yetərli idi. Bəli, Kxmerlər əlavə xərc olmasın deyə qurbanlarını mərmiylədeyil, boğaraq ya da döyərək öldürürdülər.


1975:Year Zero(Sıfır ili)

Pol Potun manyak rejimi iqtidara gəldikdən sonra təqvimi də sıfırlamış və mədəniyyətinsıfırdan başladığını elan etmişdi. Bu mədəniyyətə dair nə varsa, hamsının dibinəkibrit suyu tökülməsi anlamına gəlirdi ki, elə də etdilər. Ölkənin orta əsrlərdövrünə dönməsi: sadəcə qarnını doydurmaq üçün yaşayan bir cəmiyyətə, Pol Potunbeynindəki "ideal” cəmiyyətə dönmək üçün modern həyata aid nə vardısa hamısı məhvedildi. Belə ki, eynək taxanlar, xarici dil bilənlər burjuaziyanın təmsilçisiadıyla öldürüldü. Zatən Pol Pot bir az da hakimiyyətdə qalsaydı bütün xalqınınsayını sıfra endirəcəkdi. İki milyon insanı öldürərək ölkə əhalisinin üçdəbirini məhv etmişdi.

"Həyatı sıfırdan başalayacağıq”

Pol Pot inqilabın ən qanlısı və radikalı olmaqda qərarlı idi. "Madəm ki,bu qədər çəkilən çiləyə baxmayaraq kapitalist yaşam tərzi varlığını davam etdirəcək,o zaman bunu etməyin anlamı nə?” deyirdi. O, Maonun kütlələri mobilizə etməsindənilham olaraq Kambocalı 20 yaşdan aşağı yaşlı gəncləri keçmişlə əlaqəni tam məhvetdirmək üçün hərəkətə keçirdi. Uşaqlar ana-atalarını satır, hətta öz əlləriyləöldürürdülər. Pol Pota görə həyata dair nə varsa sıfırdan başlayacaqdı. Başdanayağa məhv etmə dalğasını sıfır ili adlandırılmasının da səbəbi bu idi.

Pol Pot 1976-cı ildə hazırladığı 4 illik planla ölkənin tabutunu da hazırlamışoldu. Plana görə, bir il içində ölkənin kənd təsərrüfatı üç qat artacaq və bunada gübrəsiz, iş texnikası, modern tarla alətləri istifadə etmədən nailolunacaqdı. Hər dikatator kimi həyatın gerçək tərəflərini görməzdən gəlmişdi. Vətəndaşmüharibəsindən çıxan xalq düyü tarlalarında daha artıq dözə bilmədi. Planıdoldurmaq və qırmızı kxmerlərin salofan torbalarından canını qurtarmaq üçün özyeyəcəkləri düyünü də dövlətə verirdilər. Elə bu zaman aclıq başladı. Beləlikləutopik hərəkat xalqın aclıqdan ölməsinə səbəb olurdu.


" İçimizdəki xainlər” marşı

Bir yandan həqiqətdən və vicdandan tamamən qopmuş Pol Pot və adamları, digəryandan isə qorxunc həyat şəraiti kambocalıları qırırdı. Yaxşı, bütün bu dəhşəttablosu qarşılığında Pol Pot nə etdi? Vaxt keçirmədən "daxili düşmənlər” ədəbiyyatınasarıldı və daha artıq qan tökməyə başladı. Paranoyasıyla birlikdə cürəti dəartırdı. 1977-ci ildə ziyarət etdiyi Çindən düşmən kimi gördüyü Vyetnama qarşıhərbi və radikal fəaliyyətinə dəstək aldı. Vyetnam və Kamboca arasındakı sərhədmünaqişələri 1978-ci ildə müharibəyə çevrildi. Pol Pot hesab səhvini burda daetdi. " Hər kambocalı 30 vyetnamlı öldürərsə müharibədə qalib gələrək” deyir,bir tərəfdən də Çindən əsgər göndərməsini tələb edirdi. Nə 30-luq hesab özünüdoğrultdu, nə də Çindən əsgər gəldi. Qırmızı kxmerlər çox keçmədən vyetnamlılarqarşısında aciz duruma düşdü. 1978-ci ilin yeni il ərəfəsində vyetnamlılar 100min nəfərlə Kambocanı işğal etdi. Ölüm tarlaları gün üzünə çıxdıqdan sonra PolPot vertalyotla Taylanda qaçdı. Vyetnamlılar Kambocada Qırmızı Kxmer rejimindənqaçanlar daxil olmaqla bir hökümət qurdular.


Brother Number One

Pol Pot hər nə qədər xalqına qan qusdurduğu dövrdə baş nazir olsa da media önünəçox da çıxmamışdı. Ad-sanı və üzü çətinliklə bilinirdi. Zatən özü də adını çoxistifadə etməmişdi. Həm özünə, həm də kabinet üzvlərinə nömrələr vermişdi və adətənbu nömrələrdən istifadə edirdilər. Pol Pot bir nömrə idi. Buna görə dünya onuBrother Number One biləcəkdi. Digər kabinet üzvləri isə önəmlərinə görə iki, üçvə.s nömrələr alırdı.

Dəhşətin qəlbi :S-21

Qırmızı Kxmerlərin qəlbi işgəncə mərkəzi kimi bilinən S-21 idi. Kxmer dilindəadı isə elə də seçilməzdi: Toul Sleng, yəni " Zəhərli ağaclar mərkəzi”. PaytaxtPnompendə olan bir məktəb binası Pol Pot və adamları tərəfindən təhlükəsizlik həbsxanasınaçevrilmiş və 4 il ərzində rejimin təhlükəsizliyini təhdid etdiyinə inanılan 15mindən artıq adam ağla gəlməz vasitələrlə burada öldürülmüşdü. Pol Potunrejimini təhdid edənlər arasında hamilə qadınlar, uşaqlar və qocalar da varidi. Burada gənc qızların boğazı kəsilir, hansının ölümə qədər daha çox dözəcəyinibilmək üçün xronometriya tuturdular. Digər başqa vasitədə isə qarnındanbıçaqlanan insanları içi su dolu çəlləyə atır hansının daha çox dözəcəyinəbaxırdılar. Vaterboarding(əllərindən və ayaqlarından bağlanmış, kürəyi üstdəuzadılmış məhkumun üzünə yuxarıdan su tökülür. Amma boğulacağı anda araverilir. Özünə gəldikdə isə yenidən təkrarlanan-ən iyrənc işgəncə vasitələrindənbiri)qızmış dəmirlə dağlama, elektrik vermək, zorlama, salofan torbanı başakeçirərək boğmaq(qırmızı kxmerlərin hobbisi idi) dırnaq çıxartmaq və bənzərivasitələr S-21dəki günlük həyatın ayrılmaz parçası olmuşdu. Rejimin sonlarınayaxın sursat çatışmazlığına görə edam olunmalı şəxslər döyülərək öldürülürdü.

Amerika Pol Potun yanında

Yeni hökümət ölkədəki Qırmızı terrorun yaralarını bağlamağa çalışarkənmaraqlı bir şey odu. Amerika yeni höküməti tanımadı. Çünki yeni hökümətinarxasında duran Şimali Vyetnam idi. O illər döyüşdə yumruğun sayılmadığı,"insan haqları” kəlməsinin zarafat kimi qəbul edildiyi illər idi. AmerikaKambocaya yardım göstərilməsinə də mane olurdu. Üstəlik bununla da kifayətlənməmiş,tarixin ən qanlı canilərindən olan Pol Pota gizli yolla qol-qanad verir, yeniiqtidara qarşı döyüşməyə davam edən Qırmızı Kxmerlərə ərzaq və silah yardımıetməyə başlamışdı. Yazıq Kamboca xalqının çiləsi soyuq müharibənin bitməyinəkimi davam edəcəkdi.

Pol Pot 18 il ərzində həm dövlətlərarası güclər, həm Tayland hərbiçiləri, həm dəöz döyüşçüləri tərəfindən qorundu. Tayland və Şimali Kamboca meşələrindəki düşərgələrdəqırmızı kxmerlərə ağıl dərsi keçməyi 80-ci illərdə də davam etdirdi. 90-cı illərdənetibarən xarici dəstəyini itirən Pol Potun kommunist hərəkatı yavaş-yavaşparçalandı. Kabinetində xarici işlər naziri vəzifəsini tutan qaynı qərbə qaçdı.Minlərlə Qırmızı Kxmerli də qaynının yolunu getdi. Beləliklə, təşkilat bir dəstəmacəraçıdan ibarət oldu. Qalanların başına isə keçmiş hərbiçi Ta Mok keçdi vəöz adamlarını öldürmək ittihamıyla Pol Potu həbs etdirdi. Nəticədə, bir-birlərinədüşmən oldular.

Soyqırımıngünahkarları nə edir?

Kambocanın ağla gəlməz soyqırımının memarı olan Pol Pot təbii yolla ölərəkcanını qurtarmışdı. Bu gün soyqırım muzeyi kimi xidmət göstərən S-21-in ozamanki komandiri Kaing Khlek lev( Deuch koduyla da tanınır) bu gün QırmızıKxmer liderlərindən məhkəmə önünə çıxan tək imzadır. Məhkəməsi hələ də davamedir. Rejimin dövlət başçısı kimi fəaliyyət göstərən Khieu Samphan və rejimindigər rəhbər şəxslərindən leng Sary və Nuon Chea da soyqırımda günahlandırılır.
Soyuq müharibə bitdi, diktator kəşf edildi

Soyuq müharibə bitdikdən sonra keçmiş müttəfiqləri onu məhkəməyə təslim etməküçün fəaliyyətə keçmişdilər. Dövrün ABŞ prezidenti Bill Klinton Pol Potun həbsolunması üçün əmr verdikdən sonra əməliyyatlar başlandı. Lakin onlar gecikəcəkdilər.Əsrimizin gördüyü ən dəhşətli soyqırımlardan birinin memarı olan Pol Potyatağın ölüm lüksünü yaşamağa nail olmuşdu. Gerisində isə onu ittiham edəcək təkaktyor olaraq tarixi buraxmışdı.

15 aprel 1998-ci ildə "Amerikanın səsi” radisosunun Kamboca bürosunu dinləyənPol Pot Ta Mokun onu ittiham olunması üçün amerikalılara təhvil verməyəhazırlandığını eşitdikdən sonra səhhəti pisləşdi. Axşam 10-da öldüyü elanedildi. Kimisinə görə infarktdan ölmüşdü, kimisinə görəsə məhkəmə qorxusundanintihar etmişdi.

Öz xalqını qan vannasında boğduran, tarixin lənətlilər siyahısına adınıyazdırmağı bacaran bu xəstə ruh 1970-ci illərdə Mao ilə birlikdə dünyanı dəyişdirməyinən yaxşı yolunun nə qədər insanın ölümünə səbəb olursa olsun sosial bünövrənidağıtmaqdan keçdiyinə inananların simvolu idi. Dünya mediasına keçən son sözləriisə bu idi:
"Vicdanım çox rahatdı”

Tərcümə etdi: Emin PİRİ