“Öz peşəni seç” layihəsinin ilk tədbiri keçirilib
"Öz peşəni seç” layihəsi çərçivəsində Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə ilk tədbir keçirilib.
qhtxeber.az-a verilən məlumata görə, layihə rəhbəri Alidə İbrahimova layihə haqqında məlumat verərək, özünün də iş fəaliyyətindən danışıb. Makiyaj ustası olan layihə rəhbəri öz peşəsini sevdiyini və işini həvəslə gördüyünü deyib.
Layihənin eksperti Nurlan Cabbarov yeniyetmələrə müxtəlif peşələr haqqında biliklər verib, peşə təhsilinə marağın artırılmasının vacibliyini qeyd edib. Günün tələbinə uyğun peşələr (PR meneceri, İT mütəxəssisi, turizm bələdçisi və s.) haqqında məlumat verən ekspert bu peşələrə tələbatın daha yüksək olduğunu qeyd edib.
Tədbirdə iştirak edən rus bölməsinin Diana adlı şagirdi çıxış edərək musiqiyə böyük həvəsinin olduğunu və bu üzdən DJ olmaq arzusunda olduğunu deyib. Diana qeyd edib ki, o bu sənətə yiyələnərək musiqi vasitəsi ilə insanların əhvalının yüksəlməsinə nail olmaq istəyir.
Layihə rəhbəri Dianaya rus bölməsinin şagirdi olmasına baxmayaraq tədbirdə iştirak etdiyinə görə təşəkkür edərək arzusuna çatmaqda uğurlar arzulayıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunur.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24