adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2018 11:00
10772
MƏMLƏKƏT

Oxumağın başını buraxıb dərzi olan uşaq... - REPORTAJ

Axşamüstü işdən sonra dərzi yanına getdim. Havadadekabr küləyi əsirdi. Yağış da bir ucdan yağır, adamı üşüdürdü. Məhəlləmizinaşağı küçəsində dərzi dükanının işığının yandığını gördüm. Cırtdan misalı işıqgələn tərəfə getdim. İçəridə 14-15 yaşlarında, pırtlaşıq saçlı, LatınAmerikalılara bənzəyən bir oğlan şalvarın ölçüsünü alır, damağındakı siqaretdəndə püfüldədirdi.

-Bağlamırsanki, qaqa?

-Hələburdayam. Nə lazım idi?

-Şalvarımınbalağı kəsiləsidi...

-Sabahahəll eliyə bilərəm

İçim-içimiyeyirdim. Bəlkə bu cavan oğlan qoca kişidi. Eynəyimi silib, bir də üzünə diqqətləbaxıram. Əşşi cavan yox e bu lap ki, uşaqdı.

-Adın nədi?

-Vasifdi.Nə olub ki, qaqa?

-Maraqlanıramda. Məktəbə getmirsən?

-Məktəbiatdım getdi. Oxuyub, işisiz qalacam da...

Yaxınoturun. Bu balaca Vasiflə tanış olun. Kameram olmasa da sizlərin baxışlarınıonun üzünə tuşlayıram. Getdik...


Dərs oxumağın başını buraxdım...

Məktəbdəoxuduğum vaxtlar idi. 4-cü sinifdən buyaşıma kimi çalışıram. 10 yaşından bəri bu işin içindəyəm. Ustalardan praktikagötürmüşəm, baxmışam, marağım çox olub. Dərsdənçıxıb, günorta saatlarında yeməyimi yeyib gedirdim işə. Təxminən iki iləartıq bu sənəti öyrəndim. Belə, belə 8-ci sinifə kimi məktəbi buraxmalı oldum.Tamam bu işə keçdim. Məktəbdən çıxmağıma görə ilk olaraq ailəm məni danladı,qulağımı çəkdi. Açığı danışsaq, deyirdilər dərslərini oxu, işləmə burada. Sırfdərsə üstünlük ver – deyirdilər. Sonra oxumaq istəmədim, dərslərə heç getmədim,marağım ancaq və ancaq dərzilik peşəsinə yönəldi. Demək olar gözümü açandan buişdəyəm. Səkkiz ildir ki, artıq usta olaraq çalışıram. Ustalardan görə-görə,baxıb nəsə özümə qazandırmışam, yəni bu sənətdə özümü inkişaf etdirmişəm.Atamın da burada zəhmətini dana bilmərəm, onunda bu işdə köməyi olub.O, da buişdən başı çıxanlardandır.


Heç pul da götürmədim

İşlədiyimmüddət ərzində maraqlı hadisələrlə qarşılaşmışam. Əlbəttə müştərilərlə daha çoxolub. Bizim sexin qarşısında şadlıq sarayı var. Bir dəfə iki cavan oğlan mənimyanıma gəldilər. Tələsik görünürdülər. Biri dedi ki, sən canın bu şalvarı tik,yırtılıb. Toyda oynadığım vaxt baş verib. Qımışdım amma tez bazar onunşalvarını qaydasına salıb, verdim. Heç pul da götürmədim. Çox vaxt belə anlardapul götümrəm. Bir balaca bir işdir da nə olacaq ki. Sonra bir müştəri də gəlibfutbolka sifarişi vermişdi. Sizi inandırım bəlkə də 100 dəfə getdi-gəldi ki, ayqaqa bunda deffekt var (gülür). Bəzən müştərilər adamı yorur. Ümumi danışsaqmüştərilərimlə münasibətim yaxşıdır. Daimi "klent”lərim də var.”Sədərək TicarətMərkəzindən”, " Binə”dən, şəhərdən də gələnlər olur. Sırf bir-iki sifariş üçün. Bundan başqa idmanzallarından, hətta dünya çempionuda gəlib sifariş verir. İdman malları dahazırlayıram, burada gördüyün hər bir işi peşəkarcasına bilirəm. Çünki bu sənətisevirəm və sevəcəmdə.


Hər yoldan keçən bu işi bacara bilməz...

Bu peşəyəhövsələ və istedad mütləq lazımdır. Hər halda mən belə düşünürəm. Yəni yoldankeçənin biri bu sənəti öyrənə bilməz. Hərşeyin bir qaydası, yolu var. Bu işin çətin tərəfləri ondan ibarətdir ki, işəcan qoymalısan, səhlənkar yanaşmamalısan. Ancaq ən əsas çətin tərəfi sifarişivaxtında çatdırmalısan, fərasətli olmalısan ki, sifarişi vaxtında bitirib başavurmalısan. Bir daha deyirəm, asan tərəfi yoxdur, hər yoldan keçən bu işibacara bilməz.

Sexdə işyoldaşlarımla münasibətim bacı-qardaş kimidir. Onlarla işləməyi çox sevirəm. Mənəhörmət edirlər, elə məndə onlara. Yay aylarında və yaxud qış aylarında belə lsaonlarla işləməyin ləzzəti bir başqadır. Tək olanda adam sıxılır. Həm iş zəyifgedir, həm də darıxırsan.


İndiki əl maşınları kitayindir...

İndiki əlmaşınları bir o qədər də keyfiyyətli deyil. Köhnələr daha yaxşıdır. Çünki sistemsadədir. İndikilər mürəkkəbdir. Çoxusuda çinin mallarıdır. Buna görə aradaproblemlər yaşayırıq. Köhnə əl maşınlar isə adamı çox yormur və iş gedir. Bunudadeyim ki, yeni əl maşınları bizə xeyli kömək də edə bilir. Mürəkkəb işlərdəyardımını deyə bilərəm. Komputerli maşınlar çıxır. Artıq belə cihazlar 3 ya da 4 il olar çıxıb və özləri paltarı tikəbilir. Yüz nöqtə vurub saxlaya bilir.Yəni sexlər bir o qədər də inkişaf etməyibancaq getdikcə texnika sözünü deyir. Artıq hər şeyi komyuterlər həll edir.


Bayramlarda belə işləmişəm...

Maaşımıatam verir ancaq belə söhbətimiz olmur. Pul istəsəm hər zaman atam lazımı səviyyədəmənə bəs edəni verir. Həm ata ilə oğul arasında pul söhbət etmək olar?! (gülür)Aldığım pul mənim əmək haqqımdır və bu halal pulu əldə etməyin ləzzəti də birbaşqadır. Adama xoş bir ovqat verir. "Topaz”da udduğun pul hara, öz halalqazandığın pul hara? Arasında dağlar qədər hətta deyərdim daha çox böyük bir fərqvar. "Topaz” yazmıram amma bilirəm ki, oradan qazanılan qara pullar haramdır. Mənbu işdən zövq alıram. Uşaqlığımı, gəncliyimi belə bir kənara atıb bu işləmaraqlanıram yəni işləyirəm. Sizi inandırım yeni ili belə sexdə keçirmişəm.Saat gecə 3 tamama kimi işləmişəm. Ad günlərimin çoxunuda sexdə qeyd etmişik.Tortda alırdılar, hədiyyələr də (gülür).


Avaralara qoşulmuram...

Boşvaxtım qalanda isə islam dininə marağım sonsuzdur. Quranoxuyuram, Dini filmlər izləməyi çox xoşlayıram. Arada uşaqlarla şəhər gəzintisinəçıxıram. Sexdə çox vaxt tək qalıram işimi bitirməmiş başqa şey etmirəm. Bu sənətəuşaqlıqdan yiyələnmişəm və peşman da deyiləm. Yaşadığım mühitidə avara-avarauşaqlar çoxdur. Onlara qətiyyən qoşulmuram. Çalışdığım qədər elə insnalardanqaçıram. Təbii ki, yaxşı uşaqlar da var. Onlarla dostluqlar qururam. Məktəbəartıq getmirəm və təhsizlik məni heç də narahat etmir. Çünki normal bir təhsilimvar. İki üstəgəl iki dördü bilirəmsə, öz adımı yaza bilirəmsə, vəssalam. Yəni ki, oxuya və yaza bilrəm. Riyazziyatımolduqca yaxşıdır. Hesab-kitab işlərini həmişəbacarıram.


Ya oxusunlar, ya da bir peşə sahibi olsunlar...

İndikiyeniyetmələrə bu işi məsləhət edərdim ancaq boş-boş gəzməkdənsə belə sənətə yiyələnsinlər.Ya dərslərini oxusunlar, ya da bir işin qulpundan yapışsınlar. Dostum var"slesar” işində çalışır və o artıq gələcəyin bir ustası olacaq. İndiki gənclərinəksəriyyəti gününü bir-iki manatla ötüşdürmək istəyir. Əlbəttə bu düzgün deyil.Mütləq qarşılarına bir məqsəd qoymalıdırlar. İşə canla-başla gəlməli və nəsəöyrənməlidirlər. Bura əvvəllər bir tələbəoğlan gəlmişdi çörək pulunu, yol pulunu çıxartmaq üçün. Bir-iki həftə çalışdıancaq bu sənəti bacara bilmədi.