"Ötən il fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib" - Nazir
2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib.
Adalet.az xəbər verir ki, bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
"Məhz bu siyasi iradə sayəsində aqrar sahəyə göstərilən diqqət bu gün real nəticələr, artan fermer məmnuniyyəti və dayanıqlı inkişafla öz təsdiqini tapır. Aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır. Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır”, - deyə Məcnun Məmmədov əlavə edib.
Digər Xəbərlər
15 May 2026 12:40
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat pulsuz olacaq
15 May 2026 11:48
“Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - VİDEO
15 May 2026 11:19
Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqladı
15 May 2026 11:16
WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
15 May 2026 10:59
İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - VİDEO
15 May 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
15 May 2026 10:28
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
15 May 2026 09:20


Bakı -°C

