Ötən il əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb
2021-ci ildə əsas kapitala 16 milyard 127,0 milyon manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1029,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil edib.
Digər Xəbərlər
24 Sentyabr 2026 22:26
Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı - Rəsmi Açıqlama
24 Sentyabr 2026 17:25
Bank kartları ilə bağlı DAHA BİR QADAĞA
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09


Bakı -°C

