Ötən il aparılan ödəniş əməliyyatlarının həcmi açıqlanıb
Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.
Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar,
9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.
X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir.
Digər Xəbərlər
12 Yanvar 2026 15:19
Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
12 Yanvar 2026 14:07
“Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək”
12 Yanvar 2026 12:16
"İranda siyasi risklərin iqtisadi anatomiyası"
12 Yanvar 2026 09:54
Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək
11 Yanvar 2026 15:43
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI - FOTOLAR
09 Yanvar 2026 16:14
Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salındı
09 Yanvar 2026 12:15
Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?
09 Yanvar 2026 10:49


Bakı -°C

