adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Iyul 2020 22:31
16583
HADİSƏ

Ötən gün iki nəfər yol qəzasının qurbanı olub

Ötən gün ərzində törədilmiş 14 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.