adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 May 2017 21:00
13842
KRİMİNAL

Ötən gün 106 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.