"Ötən ay Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub" - Muxtar Babayev
Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə selsi təşkil edib.
Adalet.az xəbər verir ki, bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
“2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb”, - deyə o vurğulayıb.
Muxtar Babayev bildirib ki, ölkə üzrə istilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir: “Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. Ötən il ən uzun istilik dalğası 14 gün olmaqla Şəkidə, Bakıda isə 7 gün davam edib. Sel hadislərinin sayı da artır. 2015-ci ildə ölkədə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi baş verib. 2026-cı ilin ilk aylarında da bu tendensiya davam edib. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntının miqdarı normadan 1,5-3,5 dəfə, paytaxtda isə 5 dəfə çox olub”.
Digər Xəbərlər
15 May 2026 12:40
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat pulsuz olacaq
15 May 2026 11:48
“Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - VİDEO
15 May 2026 11:19
Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqladı
15 May 2026 11:16
WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
15 May 2026 10:59
İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - VİDEO
15 May 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
15 May 2026 10:28
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
15 May 2026 09:20


Bakı -°C

