Ot tayasından yıxılan 73 yaşlı kişi 4 gün yaşadı
Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsgəndərov iyulun 20-də evinin həyətyanı sahəsində yığılmış ot tayasına nərdivanla çıxarkən ehtiyatsızlıqdan yıxılıb.
Qapalı kəllə-beyin travması alan H. İsgəndərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. H. İsgəndərov iyulun 24-də xəstəxanada dünyasını dəyişib.
Fakla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15