16 Sentyabr 2024 11:58
1036
MƏDƏNİYYƏT

"Oskar"a təqdim edilən, oradan geri qaytarılan "üzü qara" filmlərimiz : Zəif ssenari, yoxsa...?

Dünya kinomatoqrafları bu il də  çəkdikləri ən məzmunlu, layiqli filmlərini hazırda   97-ci “Oskar” mükafatlandırma mərasiminə göndərir.

Adalet.az xəbər verir ki,  bu mərasimə Gürcüstan Rusudan Qlurjidzenin “Antikvar” filmini təqdim edəcək. Bu barədə Gürcüstanın Milli Kinematoqrafiya Mərkəzi məlumat yayıb.
Açıqlamaya görə, “Antikvar” münsiflər heyətinin beş səsi ilə seçilib. Dea Kulumbeqaşvilinin “Aprel” əsərini isə dörd münsif üzvü dəstəkləyib. Digər əsərlər səs almayıb. Səsvermə nəticəsində kifayət qədər səs toplaya bilməyən Kulumbeqişvilinin filmi 81-ci Venesiya Film Festivalının münsiflər heyətinin xüsusi mükafatını alıb.

Təəssüf ki, Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir.2021-ci il  də daxil olmaqla  8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. Qafqaz, Qala, Sahə, Buta, Çölçü, Nabat, Nar bağı filmlərinin qara bəxti hamımızı üzdü. Anlaya bilmədik ki, filmlərimiz zəifdi, yoxsa, adıgedən ölkədəki diasporamız...

Çünki,  2022-ci ildə on kateqoriya üzrə “Oskar” film mükafatına namizədlərin qısa siyahısı açıqlanırkən, Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi sözügedən mükafata iddialı olanlar siyahısından çıxarıldı.

Həmin il ümumilikdə təqdim olunmuş 144 filmdən 15-i “Ən yaxşı xarici dildə film” nominasiyasında yarışdı.
Amma 2021-ci ildə ermənilərin ”45 gün: Millət uğrunda mübarizə” adlı “sənədli filmi” Oskar mükafatına namizəd seçilib.
Onu da xatırladaq ki, 2023-cü ildə erməni rejissor Maykl Qurcyanın daha əvvəl “Oskar”ın qısa siyahısına düşmüş “Amerikalı” filmi namizədlər siyahısından çıxarıldı. “Amerikalı” 2022-ci ildə çəkilmiş, Ermənistan və ABŞ-ın birgə istehsalı olan film idi
Filmin dünya premyerası 2022-ci ildə XIX Beynəlxalq “Qızıl ərik” kinofestivalında baş tutmuşdu. 2023-cü il dekabrın sonunda onun Oskarın qısa siyahısına daxil olduğu məlum idi.

Erməni filmlərinin təqdimatını erməni diasporu yüksək formatda iri şəhərlərdə təşkil etdiyi heç kəsə sirr deyil. Amma erməni filmləri də yüksək peşəkarlıqla çəkildiyi gizlin deyil. Beləki,  2012-ci ildə ermənilər Qarabağ müharibəsi barədə «Əgər hamı...» adlı film çəkiblər və onu nüfuzlu Oskar mükafatına təqdim ediblər. «Ulduz» jurnalının baş redaktoru, yazısı Elçin Hüseynbəyli «Gözünə gün düşür» hekayəsinin motivləri əsasında çəkilmişdi.
Yazıçı həmin vaxt qeyd etmişdi ki, ermənilərin çəkdiyi filmlə hekayənin və Azərbaycanın qısametrajlı filminin ideya və süjeti üst-üstə düşür: “Bu qədər yaxın düşüncə və paralellər nonsens kimi qəbul edilə bilər. Nəzərə alsaq ki, «Gözünə gün düşür» hekayəsi 2,5 il öncə Rusiyanın nüfuzlu jurnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda «Əgər hamı...» filminin ssenaristləri Mikael Paqosyan və Tereza Vargepetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar.

Bir faktı da qeyd edim ki, filmin rejissoru Natalya Belyauskinedir. «Gözünə gün düşür» hekayəsinin Riqada da nəşr olunduğunu nəzərə alsaq, bu cür üstü-üstə düşmələr maraqlı və narahatedici görünür".

Nəhayət,  ötən gün Ermənistan Milli Kino Akademiyası məlumat yayıb ki, Amerika Kino Akademiyasının 97-ci mükafatlandırma mərasimində rejissor Edqar Baqdasaryanın “Yaşan və Leonid Brejnev” bədii filmi Ermənistan tərəfindən təqdim olunacaq. Filmin prodüseri Karine Simonyandır.

P.S, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. Yəqin ki, onlar ictimaiyyəti maraqlandıran suallara cavab verməyə çalışacaqlar....

 Əntiqə Rəşid