04 Oktyabr 2013 11:46
27744
MÜSAHİBƏ

Orxan Əli: “Dostun sayının bir aksiom kimi göstərilməsi yanlışdır”

«Dostunu göstər, sənin kim olduğunu deyim». Bu məşhur ifadə özünü nə qədər doğruldur?! XXI əsrdə, dünyanın Barak Obamanın saçınadönüb qiyami-qiyamətə getdiyi bir zamanda, dünən əlindən öpüb, dostum, qardaşımdedikləri qəddafilərin sabah başına bombatökdürdükləri berluskonilərin at belindəcövlan etdikləri bir dövrdə, kreslo ilə bərabər itiriləndostlar çağında kimsə dostunu göstərəbilərmi ki, onun kimliyini deyək?!

Amma dünya nə qədər fani olsa da, bu qırdı-qaçdı zəmanəsində biz dostluğa və dostlara inanırıq. Ona görə də üz tuturuq Füzuli kimi «dostları bipərva» olmayan məşhurlara.

«Dostunu göstər…» rubrikamızın bugünkü qonağı gənc jurnalist OrxanƏlidir.

Qonağımız haqqında qısa məlumat: Orxan Əli Cəbrayıl rayonundadoğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Müxtəlifillərdə mətbuat orqanlarında çalışıb. Hazırda Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin mətbuat katibidir.

- Dostluğa inanırsınızmı? Ümumiyyətlə,dost sizin üçün nə deməkdir?

- Dostluq elə bir anlayışdır ki, buna birmənalı yanaşmaq olmur. Ammahəyatda insanın inana və güvənə biləcəyi biri onun dostu ola bilər. Sadəcəinsanın fitrətində öz "mən”i olduğu üçün ən son anda belə özünü düşünməyəməhkumdur. Odur ki, bu həddə qədər biri sənin üçün əlidən gələni etməyəhazırdırsa ona dost demək olar. Amma bir daha qeyd edirəm ki, bu heç vaxt 100faiz ola bilməz. Bu həyatın qanunudur. Digər tərəfdən dost dedikdə etibar,səmimiyyət, hörmət, qayğı və fədakarlıq kimi anlayışla göz önünə gəlir.Düşünürəm ki, dostluq bu anlayışların birgə vəhdətidir.

- Bir mahnıda deyildiyi kimi,«…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?

- Bu fikri həmqəbul edir, həm də qəbul etmirəm. Çünki həyatda insanın 2-dən çox da dostu olabilər, heç olmaya da. Odur ki, dostun sayının bir aksiom kimi göstərilməsiyanlışdır. Digər tərəfdən isə həyatda yuxarıda sadaladıqlarımız anlayışlarınvəhdəti heç də çox zaman olmur. Yəni bu o deməkdir ki, elə bəzər 1-2 iləməhdudlaşa da bilər.

- Dost dar gündə bilinər! Beləbir gününüz olubmu və o dost bilinibmi?

- Bir daha qeydedirəm ki, dostluqda fədakarlıq olmalıdır. Yəni, dostunu dar günündə tək qoymaqolmaz ən azı onun yanında olub əlindən heç nə gəlməsə də mənəvi dayaq olabilərsən. Həyatda bir sıra çətinliklər zamanı dostlar tanınıb və bilinib,ələnib və seçilib.

- Sizi yarı yolda qoyan dostunuzolubmu?

- Yox. Çünkidost dediyin kəs səni yarı yolda qoymamalıdır. Əgər səni yarı yolda qoyursademəli o sənin dostun deyil. Odur ki, dostu seçəndə bütün bunları nəzərəalmalısan. Hər yoldan ötənə dost demək olmaz. Insanın yoldaşlıq etdiyi kəslərinsayı, onlarla, yüzlərlə ola bilər. Amma onların arasında bir əlin barmaqlarınınsayından da az dostlar çıxa bilər.

- Bəs siz necə, dostunuzu yarıyolda qoymusuzmu?

- Bu suala yuxarıdacavab verdiyimi düşünürəm.

- Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?

- Etibar,səmimiyyət, hörmət, qayğı və fədakarlıq.

- Vaqif Bayatlı deyir:

Evimizin divarındakı çatlar

Çat verən dostları

Sıranıza düzə-düzə,

Nə qədər günahları vardı,

Bağışladım sizə!

Çat verən dostlarınız olubmuvə Siz də Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınızmı?

-Dostluqda çat yox müəyyən səhvlər ola bilər. Osəhvləri isə dostunun üzünə demək sənin borcundur. Həmişə dostlarım mənim üzüməsəhvlərimi deyiblər, mən də onların.

- Vahid Əziz deyir:

Dost kimi sonradan tapdıqlarımı,

Sonradan tanıyıb dost kimi atdım.

Sizin də sonradan tanıyıb atdıqlarınızolubmu?

-O qədər. Yoldaşlıq etdiyim insanlar çox olub. Ammamüəyyən həddən sonra onların əsl istəklərini bilmişəm. Üzlərinə vurmamışambelə. Sadəcə çəkib getmişəm və onları həyatımdan silmişəm.

- Biz deyirik: «Dostunu göstər,sənin kim olduğunu deyim». Almanlar isə bununtam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Almanlarındeyimi ilə nə qədər razılaşırsız?

- Düşünürəm ki,həm bizim həm də almanların deyimində həqiqət var. Dost güzgüdür və səni əksetdirir. Eyni zamanda düşmən də güzgüdür. Əgər düşmənin kim olduğu bilinsəsənin də mahiyyətin aşkar olar. Çünki onun səninlə, yaxud sənin onunladüşmənləyinin səbəbi bəlli olduqdan sonra mahiyyət də aydın olur.

- Dust bipərva, fələk birəhm,dövran bisükun,

Dərdi çox, həmdərdi yox, düşmən qəvi, tale zəbun!

Füzulinin bu məşhur beytinixatırladığınız vaxtlar olurmu?

-Bu beytixatırlamağa ehtyac qalmır. Çünki həqiqi dost bildiyim insanlar həmişəyanımdadır.

- Və nəhayət, dostunuzu göstərəbilərsinizmi?
-Mənə baxmağınız kifayər edər düşünürəm.